7 oktyabr 2015 15:00

İkiqat Dünya çempionu Hacı Əliyev reytinqdə də birinci oldu

Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən Dünya çempionatında sərbəst güləşçilərimizin qazandığı 1 qızıl, 1 gümüş və 1 bürünc medal, eləcə də 2016-cı ildə Rio-de Janeyrada keçiriləcək Yay Olimpiya Oyunlarına 4 lisenziya idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat Dünya çempionu adına sahib olan Hacı Əliyev öz çəki dərəcəsində reytinqdə ilk sırada qərarlaşıb. Dünya çempionatının yalnız finalında məğlub olan 125 kq-da təmsilçimiz Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sıraya yüksəlib.

İlk onluqda yer alan digər sərbəst güləşçilərimizdən, Olimpiadanın ikiqat bürünc medalçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov (97 kq) 3-cü, Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq 5-ci və 7-ci yerdə qərarlaşıb.

57 kq
18. Mahir Əmiraslanov - Gənclərin Dünya Çempionatı 1-ci yer (nr)

61 kq
1. Hacı Əliyev - Dünya çempionatı 1-ci yer (10)

65 kq
5. Toğrul Əsgərov - Avropa Oyunları 1-ci yer (3)
14. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (9)

70 kq
9. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (8)

74 kq
20. Cəbrayıl Həsənov - Avropa Oyunları 3-cü yer (16)

86 kq
5. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (nr)

97 kq
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (1)
7. Şərif Şərifov - Dünya Kuboku 1-ci yer (3)

125 kq
2. Cəmaləddin Məhəmmədov - Dünya çempionatı 2-ci yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.