12 sentyabr 2015 22:55

Dünya çempionatında uğur qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüb

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yığma komandamız Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü (Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb. Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq) , 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc (Saman Təhmasibi, 85 kq) medalla başa vuran yunan-Roma güləşi üzrə millimiz komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.

Mundialda uğurla çıxış edən yunan-Romaçılarımız artıq Vətənə dönüblər. Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb.

Milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov güləşçilərimizin çıxışını belə şərh edib: “Dünya çempionatına böyük ümidlərlə yollanmışdıq. Qarşımızda duran əsas tapşırıq Rio Olimpiadasına bacardıqca çox lisenziya qazanmaq idi, eyni zamanda, dövlət himnimizi səsləndirmək idi. Şükürlər olsun, məqsədimizə nail olduq. Yunan-Roma güləşçilərimiz Olimpiya Oyunlarına 4 lisenziya qazandılar. Qarşıdakı turnirlərdə lisenziya sayını maksimuma çatdıracağımıza əminəm

“Təşkilatçılıq və hakimlik barədə çox danışmaq istəməzdim. Bizim işimiz xalça üzərinə çıxıb güləşmək, ustalığımızı nümayiş etdirmək və ölkəmizin bayrağını ucalara qaldırmaqdır. Əlbəttə, bəzi görüşlərdə hakimlərin haqsız qərarlarıyla da üzləşdik. Amma idmanda belə hallar olur”.

71 kq çəki dərəcəsində Dünya çempionatının qızıl medalını qazanan Rəsul Çunayev mundiala yaxşı hazırlaşdığını və əziyyətinin hədər getmədiyini söyləyib: “Çox xoşbəxtəm. Məqsədim qızıl medal qazanmaq idi və buna nail oldum. Avropa və dünya çempionatlarında uğur əldə etmişəm. İndi əsas məqsədim Olimpiya Oyunlarında himnimizi səsləndirməkdir. Bunun üçün çox çalışacam və ümid edirəm ki, məqsədimə nail olacağam.

Görüşlərin çətin keçdiyini deməzdim. Yaxşı hazırlaşmışdım və özümə inanırdım. Müəyyən qədər yerli vaxta alışmaq çətin oldu ki, bunu da federasiya rəhbərliyi əvvəlcədən düşünmüşdü. Yəni bizi Amerikaya 1 həftə əvvəl göndərmişdilər. Finalda erməni əsilli rəqibimə qalib gəldim. Bunun üçün ikiqat sevincliyəm. Növbəti görüşlərə böyük ehtimalla başqa çəkidə çıxacam. Çünki Olimpiya Oyunlarına getmək istəyirəm. Hər halda, qərarı məşqçilər verəcək”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.