12 sentyabr 2015 11:00

Hacı qızıl, Xetaq bürünc medal, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşir. Sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Rio Olimpiadasına vəsiqə qazanmaqla, Azərbaycan güləşçilərinin əldə etdiyi lisenziya sayını 10-a çatdırıb.

Qadın güləşçilərin yarışında son təmsilçimiz İrina Netreba (60 kq) ilk görüşdə Türkiyə güləşçisi Hafize Şahinə qalib gəlsə də, Ukrayna idmançısı Oksana Herhelə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsilə güləşçimiz təsəlliverici görüşə qatılıb və Kanada güləşçisi B.Grahamdan üstün olub. Bürünc medal uğrunda həlledici görüşdə İrina Netreba ABŞ təmsilçisi L.Jayneslə qarşılaşıb. Gərgin keçən qarşılaşma bərabərə bitsə də, sonuncu xalı rəqib aldığından güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb. 

Sərbəst güləş yarışları ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) bu dəfə də finala qədər maneəsiz irəliləyib. Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə Dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat Dünya çempionu adını qazanıb.

Sərbəst güləş yığmamızın 86 kq çəki dərəcəsində üzvü Məhəmmədhacı Xatiyev çempionata uğurlu startı ilə yadda qalıb. Ardıcıl olaraq Makedoniyadan Halil Zuabirov, İrlandiya idmançısı Aleksandr Villiam Dolli, 1/4 finalda isə Latviya təmsilçisi Armands Zvirbulis üzərində qazandığı qələbələrlə güləşçimiz həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Türkiyə güləşçisi ilə gərgin keçən qarşılaşmanın yekununda zədələnən təmsilçimiz görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Gürcüstan təmsilçisi Sandro Aminaşvili qarşısında hesabda öndə olmasına baxmayaraq zədə səbəbindən görüşü davam etdirə bilməyib və çempionatı 5-ci sırada tamamlayıb.

97 kq çəki dərəcəsində yığmamızın kapitanı Xetaq Qazyumov Rio Olimpiadasına vəsiqə qazanan növbəti təmsilçimiz olub. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Xetaq ilk olaraq Belaruslu İvan Yankovskini, ardınca Moldovadan Nikolay Çebanı mübarizədən kənarlaşdırıb. 1/4 finalda Rusiya təmsilçisi Abdusalam Qadisovla gərgin keçən görüşü uduzan Xetaq Qazyumov, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Almaniya təmsilçisi üzərində vaxtından əvvəl əldə etdiyi qələbə güləşçimizə Rio Olimpiadasına vəsiqə qazandırıb. Xetaq Qazyumov bürünc medal uğrunda gürcü Elizbar Odikadzeni də məğlub edib və fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. 



Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.