10 sentyabr 2015 11:00

Mariyadan gümüş, Samandan bürünc medal və Olimpiadaya daha 3 lisenziya

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, dünya çempionatının 3-cü yarış günündə yunan-Roma güləşçimiz Saman Təhmasibi (85 kq), qadın güləşçilərimiz Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib.

Yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində mübarizə aparan Saman Təhmasibi Braziliyadan Brandao Sat, Bolqarıstandan Hristo Diyanov Marinov, 1/4 finalda isə Rusiya təmsilçisi Davit Çakvetadze üzərində qələbə qazanaraq yarımfinala yüksəlib və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Ukrayna təmsilçisi Jan Belenyuka məğlub olduğundan bürünc medal uğrunda görüşə çıxıb. Macar Viktor Lorinczə qalib gələn Saman Təhmasibi Dünya çempionatının bürünc medalına sahib olub.

Qadın güləşçilərin yarışında 48 kq-da təmsilçimiz Mariya Stadnik finala qədər inamlı güləş nümayiş etdirib. Ardıcıl olaraq Hollandiyadan Jessica Blazka, Perudan Talia Jihan Malqui Peçe, Qazaxstan təmsilçisi Tatyana Amanjol-Bakatyuk üzərində qələbə qazanıb və Olimpiadaaya vəsiqə əldə edib. Yarımfinalda Çinli Hui Li üzərində təmiz qələbə qazanan Mariya Stadnik finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi Eri Tosaka ilə qarşılaşıb. Görüşün sonuna qədər hesabda öndə olan Mariya son saniyələrdə qələbəni əldən verib və Dünya çempionatının gümüş medalına sahib olub.

53 kq çəkidə mübarizə aparan Avropa Oyunlarının qalibi Anjela Doroqan uğurlu startı ilə yadda qalıb. İlk olaraq, Çexiyadan Lenka Hockova Martinova, ardınca Portuqaliyadan Gomez Guerreiro ilə görüşdən qalib ayrılsa da, güləşçimiz 1/4 finalda 3 qat Olimpiya və 11 qat Dünya çempionu Saori Yoşida ilə görüşdə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Anjela Doroqan Viyetnamdan olan rəqibini üstələyib, həm bürünc medal şansı, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Medal uğrunda son görüşdə güləşçimiz Cənubi Koreya güləşçisi M.Jonga məğlub olub və Dünya çempionatını beşinci sırada tamamlayıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.