9 sentyabr 2015 08:24

Çunayev çempion oldu, Bayramov və Şəriəti Olimpiyaya lisenziya qazandılar

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, Yunan-Roma güləşi yarışlarında ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.

Bayramov və Şəriəti Olimpiyaya lisenziya əldə etdilər.
İlk yarış günündə yığma komandamızın üzvü Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanıb. 

İkinci yarış günündə 59, 71, 80 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

59 kq 
1/16 final - Rövşən Bayramov - Singh Ravinder (İND) 9:1
1/8 final - Rövşən Bayramov - Von Çol Yun (PRK) 8:7
1/4 final - Rövşən Bayramov - Həmid Soriyan (İRİ) - 2:0
1/2 final - Rövşən Bayramov - Arsen Yeralıyev (KGZ) - 4:0
Final - Rövşən Bayramov - İsmael Borrero Molina (CUB) - 0:8

71 kq 
1/16 final - Rəsul Çunayev - Frank Hassli (MON) 5:1
1/8 final - Rəsul Çunayev - Adam Kurak (RUS) 9:0
1/4 final - Rəsul Çunayev - Justin Daşaun Lester (USA) 9:0
1/2 final - Rəsul Çunayev - Tsimur Berdıyev (BLR) 8:0
Final - Rəsul Çunayev - Armen Vardanyan (UKR) 6:4

80 kq 
1/16 final - Rafiq Hüseynov - Yevgeni Saleyev (RUS) 3:9

130 kq 
1/8 final - Sabah Şəriəti - Balint Lam (HUN) 3:1
1/4 final - Ervin Caraballo (VEN) - Sabah Şəriəti 0:9
1/2 final - Rza Kayalap (ЕГК) - Sabah Şəriəti 6:0
Burunc medal uğrunda görüş - Sabah Şəriəti - Oleksandr Çerneçki (UKR) 0:5

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək. 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.