31 avqust 2015 00:05

Son gündə Orxan və Əhliman bürünc medal qazandı

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın son günlərində sərbəst güləşçilər yarışır.

Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edir.

Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev (69 kq)) və 2 bürünc (Şahin Muxtarov (42 kq) və Fazil Həsənov (58 kq)) medal qazanıb.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

63 kq çəkidə mübarizə aparan Orxan Abbasov Qırğızıstan, Meksika və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Yaponiyalı rəqibinə qalib gəlib və Dünya çempionatını fəxri kürsünün üçüncü pilləsində başa vurub. 

76 kq çəki dərəcəsində təmsilçimiz Əhliman Quliyev Misir və Macarıstandan olan rəqiblərinə qalib gəlib, ancaq 1/4 finalda Rusiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz CAR idmançısını asanlıqla məğlub edib. Həlledici görüşdə Əhliman İran təmsilçisinə də tam üstünlüklə qalib gəlib və Dünya çempionatının bürünc medalına sahib olub. 

Son iki gündə mübarizə aparan sərbəst güləşçilərimiz ümumilikdə 1 gümüş və 4 bürünc medal qazanmaqla, komanda hesabında çempionatı dördüncü sırada tamamlayıb.

46 kq
1/8 final - Monu Monu (İND) - Əsgər Məmmədəliyev 4:2 (güləşçimiz zədələnib)

54 kq
1/16 final - Fərrux Əliyev - Abbas Raxmonov (UZB) 4:9

63 kq
1/16 final - Orxan Abbasov - Süleyman Maçinov (KGZ) 13:5
1/8 final - Kristian Santiago (MEX) - Orxan Abbasov 0:10
1/4 final - Tornike Kvinikadze (GEO) - Orxan Abbasov 2:4
1/2 final - Xayrula Nuradinov (RUS) - Orxan Abbasov 6:5
Bürünc medal görüşü - Rui Sakasai (JPN) - Orxan Abbasov 2:6

76 kq
1/16 final - Mahmud Ahmed (EGY) - Əhliman Quliyev 4:5
1/8 final - Botond Lukacs (HUN) - Əhliman Quliyev 1:12
1/4 final - Aslanbek Qvaramiya (RUS) - Əhliman Quliyev 4:2
Təsəlliverici görüş - Marais Fredilan (RSA) - Əhliman Quliyev  2:12
Bürünc medal görüşü - Əhliman Quliyev - Hamed Manafian (İRİ) 10:0

100 kq
1/16 final - Yuriy İdzinskiy (UKR) - Alimaqomed Alixmayev 0:10
1/8 final - Alimaqomed Alixmayev - Gable Steveson (USA) 5:5*
Təsəlliverici görüş - Georgios Georgiadis (GRE) - Alimaqomed Alixmayev 0:10
Təsəlliverici görüş - Alimaqomed Alixmayev - Zuriko Urtaşvili (GEO) 3:6

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.

Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlarımız isə, 1 qızıl (Leyla Qurbanova (52 kq)) və 2 bürünc (Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.