28 avqust 2015 01:05

Zelfira və Şəbnəm bürünc medal qazandı

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulur. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.

Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində qızlar mübarizə aparıb. Azərbaycan güləşçiləri 4 çəkidə yarışıb. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

38 kq-da mübarizə aparan Zelfira Ələkbərli yarışa 1/4 finaldan qoşulub. Hindistanlı rəqibinə uduzan güləşçimiz rəqibin finala çıxması ilə bürünc medal şansı əldə edib. Həlledici görüşdə Türkiyə idmançısına 57 saniyə ərzində təmiz qələbə ilə qalib gələn güləşçimiz Dünya çempionatının bürünc medalına yiyələnib. 

56 kq çəki dərəcəsində güləşçimiz Şəbnəm Əhmədova yarımfinala qədər inamla irəliləyib və ardıcıl olaraq Polşa, Meksika və ABŞ-dan olan rəqiblərini məğlub edib. Üç görüşdə rəqiblərinə bir xal belə verməyən güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə uduzub. Şəbnəm Əhmədova bürünc medal uğrunda həlledici görüşdə Macarıstanlı rəqibinə qalib gəlib və Dünya çempionatını üçüncü sırada tamamlayıb. 

38 kq
1/4 final - Ankus Ankus (İND) - Zelfira Ələkbərli 8:2
Bürünc medal görüşü - Zelfira Ələkbərli - Cansu Yılmaz (TUR) 6:2 (təmiz qələbə)

43 kq
1/8 final - Ülkər Babayeva - Jodalis Santiaqo (PUR) 8:0
1/4 final - Rahime Arı (TUR) - Ülkər Babayeva 8*:8 (güləşçimiz zədələnib)

49 kq
1/16 final - Səbinə Həmzəlzadə - İda Jonsson (SWE) 6:0
1/8 final - Szimonetta Sziker (HUN) - Səbinə Həmzəlzadə 7:4

56 kq
1/16 final - Dominika Kulviçka (POL) - Şəbnəm Əhmədova 0:2
1/8 final - Şəbnəm Əhmədova - Fatima Del Rosario (MEX) 5:0
1/4 final - Aleksandria Liles (USA) - Şəbnəm Əhmədova 0:2
1/2 final - Viktoriya Voullina (RUS) - Şəbnəm Əhmədova 11:0
Bürünc medal görüşü - Tamara Dollak (HUN) - Şəbnəm Əhmədova 0:2

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.