26 avqust 2015 11:15

Məcidzadə bürünc medal qazandı

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışır.

Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.

İlk yarış günündə 50, 54, 58, 63 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

50 kq çəki dərəcəsində mübarizə aparan Xancavad Məcidzadə Hindistan və Ukraynadan olan rəqiblərini üstələsə də, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Serbiya güləşçisini təsəlliverici görüşdə mübarizədən kənarlaşdıran Xancavad, həlledici görüşdə İran idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da, xalların keyfiyyətinə görə güləşçimiz rəqibdən üstün olub və Dünya çempionatının bürünc medalına yiyələnib. 

50 kq
1/16 final - Xancavad Məcidzadə - Maniş Maniş (İND) 4:1
1/8 final - Xancavad Məcidzadə - Oleksi Masik (UKR) 10:1
1/4 final - Emin Seferşaev (RUS) - Xancavad Məcidzadə 19:11
Təsəlliverici görüş - Sebastian Kolombar (SRB) - Xancavad Məcidzadə 0:12 (təmiz qələbə)
Bürünc medal görüşü - Xancavad Məcidzadə - Mehdi Nejad (İRİ) 5*:5

54 kq
1/16 final - Elvin Mustafayev - Adam Katona (SRB) 8:0
1/8 final - Mohammad Moxtari (İRİ) - Elvin Mustafayev 2*:2

58 kq
1/16 final - Sanfilippo İqnazio (İTA) - Məhəmmədəli Həsənov 0:8
1/8 final - Taymuraz Kablahov (RUS) - Məhəmmədəli Həsənov 9:6

63 kq
1/16 final - Titas Kersevicius (LTU) - Ramin Cəfərov 3:0

100 kq
1/8 final - Camal Feyziyev - Lenard İstvan Berei (ROU) 8:4 (təmiz qələbə)
1/4 final - Patrik Kaminski (POL) - Camal Feyziyev 10:0

Xatırladaq ki, 4-9 avqust tarixlərində Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərimiz 1 qızıl (Camal Feyziyev (100kq)) və 2 bürünc (Zaur Nuriyev (46 kq) və Ülvi Qənizadə (69 kq)) medal qazanaraq komanda hesabında 4-cü sırada qərarlaşıb. 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.