19 avqust 2015 12:20

Yeni tarix yazan gənc sərbəst güləşçilərimiz vətənə qayıtdı

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə gənclər arasında Dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə yığma komandamız Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı qohumları, Azərbaycan Güləş Federasiyasının əməkdaşları və jurnalistlər qarşılayıblar. Pəhləvanlarımız media nümayəndələrinə dünya çempionatındakı çıxışları barədə açıqlama veriblər:

Gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov: "Hər zaman yarışlara böyük ümidlərlə getmişik və həmişə də üzümüz ağ qayıtmışıq. Uzun illər idi ki, yeniyetmələrlə işləyirdim. İlk dəfədir gənclərin Dünya çempionatına məşqçi kimi qatıldım. Gənclərin Dünya çempionatı çox ağır keçir. Yarışda 59 ölkənin idmançıları mübarizə aparırdı. Çempionatdan öncə də medal qazanan idmançılarımızdan uğur gözləyirdik. Allaha şükürlər olsun ki, komandamız uğurlu çıxış etdi".

Nurməhəmməd Hacıyev (96 kq), qızıl medal: "Dünya çempionatı yüksək səviyyədə keçdi. Hazırlıq prosesi Xaçmazda çox yaxşı təşkil olunmuşdu. Məşqçilərimizin rəhbərliyi ilə keçirdiyimiz yüksək səviyyəli hazırlığın nəticəsində 4 güləşçimiz çempion oldu. Komanda hesabında ikinci yerə layiq görüldük. Dünya çempionatında hər görüş çətin keçir. Buna baxmayaraq, hamıdan üstün olmağı bacardım. Bundan sonra da bu uğuru davam etdirəcəyəm".

Mahir Əmiraslanov (55 kq), qızıl medal: "Çox yaxşı hazırlaşmışdıq. Məşqlərə baxanda da öncədən bilinirdi ki, heyətimiz güclüdür və yaxşı nəticələr qazanacağıq. Belə də oldu. Dünya çempionatında 4 qızıl, 1 bürünc medal qazandıq. Bütün rəqiblərim güclü olsa da, ən çətin görüşüm rus və finalda İran güləşçisi ilə oldu. Çalışacağam ki, bu uğuru gələcəkdə də təkrarlayım".

Arif Hüseynov (50 kq), bürünc medal: "Dünya çempionatında 3-cü yerə layiq görüldüm. Bürünc medal uğrunda erməni güləşçini məğlub etdim. Göstərdik ki, onlardan güclüyük. İnanıram ki, uğurlarımızın davamını gətirəcəyik. Bu il çempion ola bilməsəm də, gələn il qızıl medal qazanmağa çalışacağam. Erməni güləşçini məğlub etmək mənim üçün çempion olmaq kimi bir hissdir. Məşqçilərimizə və hazırlığımız üçün hər bir şəraiti yaradan Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, gənclər arasında dünya çempionatında sərbəst güləşçilərimiz 4 qızıl və 1 bürünc medal qazanıblar. Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.