17 avqust 2015 13:00

Neftçinin güləşçiləri DÇ-də 8 medal qazandılar

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya birinciliyinə yekun vurulub. Azerisport.z xəbər verir ki, gənc qızlar arasında təşkil olunan yarışın sonuncu günü meydana çıxan "Neftçi İdman Klubu"nun təmsilçisi Səbirə Əliyeva (72 kq) finala qədər maneəsiz irəliləyib. Həlledici mərhələdə Yaponiya idmançısı Rino Obeyə məğlub olan güləşçimiz dünya birinciliyinin gümüş medalına layiq görülüb.

Ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olan xanım güləşçilərimiz komanda hesabında 47 xal toplayaraq Yaponiyadan (66 xal) sonra 2-ci yeri tutublar. 47 xal toplamış Rusiya komandası isə medalların əyarına görə 3-cü pillədə qərarlaşıb.

Sərbəst güləşçilərin yarışında klubumuzun 55 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi Mahir Əmiraslanov finalda hindistanlı Ravi Kumara heç bir şans verməyib və dünya çempionluğunun sevincini yaşayıb. Arif Hüseynov (50 kq) isə Yaponiya və Qırğızıstan idmançılarına qalib gəlsə də, yarımfinalda iranlı güləşçiyə uduzub. Bürünc medal uğrunda Ermənistan təmsilçisi Razmik Misakyanla üz-üzə gələn Hüseynov rəqibinə 4:2 hesabı ilə qalib gəlib və dünya üçüncüsü olub.

Beləliklə, "Neftçi İdman Klubu"nun gənc güləşçilərinin Braziliyada keçirilən dünya birinciliyində əldə etdikləri medalların sayı 8-ə çatıb. Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov qızıl, İslam Abbasov və Kərim Cəfərov gümüş, Ruhin Mikayılov bürünc, qızlardan isə Türkan Nəsirova qızıl medal qazanmışdı.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.