16 avqust 2015 11:00

Sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandı

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan  güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran güləşçisi ilə gərgin keçən görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşə çıxıb. Rəqibini 4:2 üstələyən Arif Hüseynov Dünya çempionatının bürünc medalına sahib olub. 

60 kq-da yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardıcna Ukrayna və Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda İranlı rəqibinə uduzub. Cahid bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb. 

96 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxstan təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə İran təmsilçisinə də şans verməyən Nurməhəmməd Hacıyev Dünya çempionatının qızıl medalına yiyələnib. 

50 kq
1/8 final - Yura Eiji (JPN) - Arif Hüseynov 4:12
1/4 final - Arif Hüseynov - Kubaniçbek Taştanbekov (KGZ) 7:0
1/2 final - Arif Hüseynov - Alireza Goodarzi (İRİ) 5:6
Bürünc medal görüşü - Razmik Misakyan (ARM) - Arif Hüseynov 2:4

60 kq
1/16 final - Qaqik Akulyan (ARM) - Cahid Həsənzadə 0:10
1/8 final - Cahid Həsənzadə - İvan Bileyçuk (UKR) 9:6
1/4 final - Cahid Həsənzadə - Dzianis Maksimau (BLR) 5:0
1/2 final - İman Sadegikoukandeh  (İRİ) - Cahid Həsənzadə 10:6
Bürünc medal görüşü - Hacımurad Rəşidov (RUS) - Cahid Həsənzadə 11:0

74 kq
1/16 final - Ayub Barraj (TUN) - Murad Süleymanov 0:10
1/8 final - Mark Hall (USA) - Murad Süleymanov 8:3

96 kq
1/8 final - Georgi Gogaev (RUS) - Nurməhəmməd Hacıyev 1:5
1/4 final - Nurməhəmməd Hacıyev - Taponi Heino Jere (FİN) 10:0
1/2 final - Bakdaulet Almentay (KAZ) - Nurməhəmməd Hacıyev 0:7
FİNAL - Nurməhəmməd Hacıyev - Seyyed Hosseni (İRİ) 7:2

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq) və 1 bürünc (Elis Manolova (67 kq) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.