15 avqust 2015 11:00

Gənc qızlarımız komanda hesabında dünya ikincisi oldu

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edir.

Üçüncü yarış günündə mübarizə aparan gənc qızlardan ibarət yığmamızın üzvləri Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olub.

Yarışların dördüncü günündə 48, 55, 63 və 72 kq çəkidə gənc qızlar mübarizə aparıb. Güləşçilərimiz günü 2 gümüş medalla başa vurub.

63 kq çəkidə yarışan Raqnetta Qurbanzadə mübarizəyə 1/4 finaldan başlayıb. Macarıstan və İsveçdən olan rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda Rusiya idmançısına uduzan Raqnetta gümüş medalla kifayətlənib. 

72 kq-da mübarizə aparan Səbirə Əliyeva Ukrayna, Rusiya və Qazaxstandan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşdə uduzub və Dünya çempionatının gümüş medalına yiyələnib. 

Beləliklə, gənclərin Dünya çempionatında qızların mübarizəsi başa çatıb. Ümumilikdə, 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan güləşçilərimiz komanda hesabında 47 xal toplayaraq Yaponiyadan (66 xal) sonra ikinci sırada qərarlaşıb. 47 xal toplamış Rusiya komandası isə, medalların əyarına görə üçüncü yeri tutub.

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

48 kq
1/8 final - Oksana Livaç (UKR) - Ayan Məmmədova 5:1

55 kq
1/16 final - Alyona Kolesnik - Julie Steffler (CAN) 4:0
1/8 final - Alyona Kolesnik - Nanami İrie (JPN) 4:10
Təsəlliverici görüş - Patrizia Liuzzi (İTA) - Alyona Kolesnik 6:5

63 kq
1/4 final - Raqnetta Qurbanzadə - Eliana Szabo (HUN) 5:1
1/2 final - Tereze Persson (SWE) - Raqnetta Qurbanzadə 2:4
FİNAL - Raqnetta Qurbanzadə - Lyubov Ovçarova (RUS) 0:10

72 kq
1/8 final - Anastasia Şutova (UKR) - Səbirə Əliyeva 0:7
1/4 final - Daria Şistrova (RUS) - Səbirə Əliyeva 6:10 (təmiz qələbə)
1/2 final - Səbirə Əliyeva - Gulmaral Yerkebayeva (KAZ) 8:5
FİNAL - Rino Obe (JPN) - Səbirə Əliyeva 12:4

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.