13 avqust 2015 11:00

Güləşçilərimiz Braziliyada daha 3 medal qazandılar

Braziliyada gəclər arasında keçirilən güləş üzrə dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışların ikinci günü də Azərbaycan güləşçiləri üçün uğurlu olub. Üç çəki dərəcəsində mübarizə aparan idmançılarımız bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Hər üç güləşçi "Neftçi İdman Klubu”nun üzvüdür.

Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov finalda Bolqarıstan təmsilçisi Yoto Xristova 6:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

84 kq çəki dərəcəsində yarışan İslam Abbasov finalda Türkiyə nümayəndəsi Cengiz Əliyə 6:10 hesabı ilə uduzaraq dünya birinciliyinin gümüş medalını qazanıb.

"Neftçi İdman Klubu”nun digər üzvü Ruhin Mikayılov isə bürünc medal uğrunda görüşdə Türkiyə güləşçisi Cengiriz Arslanı 2:1 hesabı ilə məğlub edib.

Artıq Azərbaycan güləşçilərinin aktivində 4 medal var.

Xatırladaq ki, yarışların ilk günü güləşçimiz Kərim Cəfərov da gümüş medal qazanmışdı.

Qeyd edək ki, dünya birinciliyinin yunan-Roma güləşi yarışlarında medal qazanan bütün idmançılar "Neftçi İdman Klubu”nu təmsil edir.

Ümumilikdə, 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 53 xal toplayaraq Dünya çempionatını komanda hesabında ikinci yerdə başa vurub. Gürcüstan 60 xalla birinci, Rusiya 47 xalla üçüncü olub.

55 kq
1/16 final - Murad Məmmədov - Maniş Maniş (İND) 10:0
1/8 final - Meysam Dalxani (İRİ) - Murad Məmmədov 0:10
1/4 final - İslomjon Baxramov (UZB) - Murad Məmmədov 0:8
1/2 final - Slavik Qalstyan (ARM) - Murad Məmmədov 0:8
FİNAL - Yoto Hristov (BUL) - Murad Məmmədov 0:6

66 kq
1/16 final - Yasin Yeter (GER) - Ruhin Mikayılov 1:1*
1/8 final - Ruhin Mikayılov - Kaharman Kissimetov (KAZ) 2:1
1/4 final - Karen Aslanyan (ARM) - Ruhin Mikayılov 3:8
1/2 final - Ramaz Zoidze (GEO) - Ruhin Mikayılov 3:2
Bürünc medal görüşü - Cengiz Arslan (TUR) - Ruhin Mikayılov 1:2

84 kq
1/16 final - Victor Montero (VEN) - İslam Abbasov 0:9
1/8 final - İslam Abbasov - Zakarias Berg (SWE) 3:0
1/4 final - Hacımurad Cəlalov (RUS) - İslam Abbasov 1:3
1/2 final - İslam Abbasov - Giorgi Melia (GEO) 15:6
FİNAL - Ali Cengiz (TUR) - İslam Abbasov 10:6

120 kq
1/8 final - Satoşi Kayzuka (JPN) - Cavid Feyziyev 3:5
1/4 final - Edar Xaçoryan (ARM) - Cavid Feyziyev

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.