12 avqust 2015 11:00

Neftçi İK-nın güləşçisi Kərim Cəfərov gümüş medal qazandı

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edir.

Yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.

50 kq çəki dərəcəsində mübarizə aparan Nofəl Babayev ilk görüşdə Qırğızıstandan olan rəqibinə qalib gəlsə də, Gürcüstan idmançısına məğlub olub. Rəqibin finala çıxması ilə güləşçimizi təsəlliverici görüşə qatılıb. Macar güləşçi üzərindəki qələbə Nofələ bürünc medal şansı verib. Həlledici görüşdə Özbəkistan idmançısına uduzan güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb. 

60 kq-da çıxış edən Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq CAR, Ermənistan, Gürcüstan və Yaponiya təmsilçiləri üzərində inamlı qələbələr qazanan güləşçimizin son rəqibi Rusiya pəhləvanı olub. Ancaq bu dəfə rəqibinə uduzan Kərim Cəfərov Dünya çempionatının gümüş medalına yiyələnib. 

96 kq çəkidə təmsilçimiz Soslan Fanziyev ilk görüşdə ABŞ idmançısını üstələyib, ardınca İran təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq şansı verib. Estoniyalı rəqibinə qalib gələn güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Rusiya təmsilçisi ilə görüş rəqibin xeyrinə başa çatıb və Soslan Fanziyev çempionatı 5-ci sırada tamamlayıb.

50 kq
1/8 final - Amlet Taalaiberov (KGZ) - Nofəl Babayev 2:7
1/4 final - Nofəl Babayev - Nugzari Tsurtsumia (GEO) 2:5
Təsəlliverici görüş - Joszef Andrasi (HUN) - Nofəl Babayev 2:8
Bürünc medal görüşü - Nofəl Babayev - Cavoxir Miraxmedov (UZB) 3:10

60 kq
1/16 final - Jan Lourens Combrinck (RSA) - Kərim Cəfərov 7:12
1/8 final - Taron Dumoyan (ARM) - Kərim Cəfərov 0:9
1/4 final - Levanin Kavjaradze (GEO) - Kərim Cəfərov 7:8
1/2 final - Kavan Masuto (JPN) - Kərim Cəfərov 0:8
FİNAL - Sergey Emilin (RUS) - Kərim Cəfərov 9:0

74 kq
1/16 final - Burgo Berşaliev (KGZ) - Şəmistan Quluzadə 1:3
1/8 final - Matias Cornejo (CHİ) - Şəmistan Quluzadə 0:9
1/4 final - Şəmistan Quluzadə - Gela Bolkvadze (GEO) 2:3
Təsəlliverici görüş - Zoltan Levai (HUN) - Şəmistan Quluzadə 8:1

96 kq
1/8 final - Soslan Fanziyev - Tracy Haucock (USA) 11:2
1/4 final - Amirhossein Hosseimi (İRİ) - Soslan Fanziyev 4:0
Təsəlliverici görüş - Kevin Balimann (EST) - Soslan Fanziyev 2:10
Bürünc medal görüşü - Soslan Fanziyev - Murat Lokyaev (RUS) 4:17

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.