9 avqust 2015 00:30

Yunan-Roma güləşçilərindən bir bürünc medal

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə Norveç və Finlandiyadan olan rəqiblərini məğlub edib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan idmançımız bürünc medal uğrunda görüşə çıxıb. Gürcüstan təmsilçisini vaxtından əvvəl böyük hesablı məğlubiyyətə məcbur edən Ülvi Avropa çempionatının bürünc medalına yiyələnib.

Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

Yeniyetmə qızların mübarizəsində güləşçilərimizdən Zemfira Ələkbərli (38 kq) gümüş və Aynur Camalova (43 kq) bürünc medala sahib olub.

42 kq
1/8 final - Artur Szczesny (POL) - Fazil İsgəndərov 0:8
1/4 final - Vladislav Kuzko (UKR) - Fazil İsgəndərov 6:1

50 kq
1/8 final - Emin Seferşaev (RUS) - Rəcəbəli Nəsirov 9:0
Təsəlliverici görüş - Rəcəbəli Nəsirov - Sebastian Kolombar (SRB) 1:5

58 kq
1/16 final - Lucas Oudy (FRA) - Kamran Mirzəliyev 0:8
1/8 final - Yahor Vladika (BLR) - Kamran Mirzəliyev 9:2

69 kq
1/8 final - Per-Anders Kure (NOR) - Ülvi Qənizadə 0:3
1/4 final - Ülvi Qənizadə - Tiistala Elias (FİN) 8:4
1/2 final - Ülvi Qənizadə - Aleksandr Komarov (RUS) 3:5
Bürünc medal görüşü - Nikoloz Çikaidze (GEO) - Ülvi Qənizadə 0:9

85 kq
1/16 final - Tobias Doile (GER) - Yaşar Zamanov 2:5
1/8 final - Yaşar Zamanov - Martin Kirilov (BUL) 3:4

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.