7 avqust 2015 00:30

Yeniyetmə qızlar 1 gümüş və 1 bürünc medal qazanıb

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

Üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb və günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

38 kq-da mübarizə aparan Zemfira Ələkbərli Ukrayna və Rusiyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Latviya idmançısına uduzan güləşçimiz Avropa çempionatının gümüş medalına yiyələnib.

43 kq çəkidə Aynur Camalova Avstriya və Almaniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Rumıniyalı rəqibinə uduzub. Həlledici görüşdə Polşa idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.

Bürünc medal uğrunda görüşə haqq qazanan digər bir idmançımız isə, 56 kq-da yarışan Şəbnəm Həmidova olub. Gürcüstan və İtaliyadan olan rəqiblərini vaxtından əvvəl təmiz qələbə ilə üstələyən güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşdə Polşa idmançısına uduzan Şəbnəm Həmidova çempionatı 5-ci sırada tamamlayıb.

38 kq
1/4 final - Anastasia Lohvinenko (UKR) - Zemfira Ələkbərli 0:4 (təmiz qələbə)
1/2 final - Zemfira Ələkbərli - Ksenia Batanova (RUS) 5:3
FİNAL - Yekaterina Jermonoloka (LAT) - Zemfira Ələkbərli 3:0

43 kq
1/8 final - Aynur Camalova - Kim Gmeiner (AUT) 10:6
1/4 final - Johanna Meier (GER) - Aynur Camalova 0:8
1/2 final - Stefania Priceputu (ROU) - Aynur Camalova 6:2
Bürünc medal görüşü - Kinga Kapica (POL) - Aynur Camalova 2:2 (təmiz qələbə)

49 kq
1/8 final - Sona Tumarxanova - Milica Lazic (SRB) 10:0
1/4 final - Leyla Kərimova (RUS) - Sona Tumarxanova 5:0

56 kq
1/8 final - Tamar Xojaşvili (GEO) -  Şəbnəm Həmidova 0:8 (təmiz qələbə)
1/4 final - Şəbnəm Həmidova - Aurora Campagna (İTA) 2:0 (təmiz qələbə)
1/2 final - Şəbnəm Həmidova - İrina Afanasyeva (RUS) 4:6
Bürünc medal görüşü - Dominika Kulviçka (POL) - Şəbnəm Həmidova 8:4

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.