22 iyul 2015 14:20

Naxçıvan Kuboku turnirinin açılış mərasimi keçirildi

Naxçıvan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirin təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin Baş katibi Əjdər Cəfərov Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra turnirin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılov dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının ölkəmizdə idmanın sürətlə inkişafına rəvac verdiyini bildirib. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya və avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilir.

Bakıda keçirilən I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin "Sülh və Dostluq" prinsipləri fonunda idmanın dünyada sülhün elçisi olduğunuən uca zirvədən bütün bəşəriyyətə bir daha nümayiş etdirdiyini bildirən natiq idmançılarımızın bu möhtəşəm turnirdə yeni bir tarix yazdıqlarını bildirib. İsmayıl İsmayılov qarşıdakı illərdə ölkəmizdə şahmat üzrə dünya kuboku, Beynəlxalq Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini və idmançılarımızın bu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.

AGF-nin baş katibi cənab Əjdər Cəfərov Vətənimizin dilbər guşəsi olan qədim Naxçıvan torpağında yarış iştirakçılarını salamlayıb. Ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib. Güləşçilərimizin Avropa Oyunlarında qazandıqları nəticələri xatırladan Baş katib "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin iştirakçılarının da gələcəkdə komanda yoldaşlarının uğurlarını təkrarlayacaqlarından əmin olduğunu vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin müavini, Naxçıvan Güləş Federasiyasının prezidenti cənab Azər Zeynalov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan cənab Azər Zeynalov yarışı açıq elan edib.

Açılış mərasimi bədii hissə ilə davam edib. Xalq artisti Aygün Kazımova və müğənni Elçin Cəfərovun ifaları arenaya toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.