7 iyul 2015 13:15

Güləş yığmalarımız təlim-məşq toplanışlarını davam etdirir

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komanda Avropa Oyunlarından sonra təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir. İyunun 29-dan başlayan TMT iyulun 7-də başa çatacaq. Komanda iyulun 11-dən yenidən hazırlıqları davam etdirəcək.

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda isə, iyulun 7-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. İyulun 25-dək davam edəcək təlimlərdə yığma komandanın 20 üzvü iştirak edəcək.

Qadın güləşi üzrə böyüklərdən ibarət yığmanın üzvləri isə iyulun 9-dan Bolqarıstanın Belmeken təlim-məşq bazasında toplanışda olacaq. 13 güləşçinin qatıldığı təlim-məşq toplanışı iyulun 23-dək davam edəcək.

Gənclərdən ibarət sərbəst güləş yığmasının üzvləri iyulun 6-dan 20-dək Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olacaq. Heyətdə 18 güləşçi yer alıb.

Gənclərdən ibarət yunan-Roma və qadın güləşi yığması isə, təlim-məşq toplanışlarını Bakıda, Olimpiya Güləş Mərkəzində davam etdirir.

Məlumat üçün bildirək ki, yeniyetmə güləşçilər 4-9 avqustda Serbiyada Avropa çempionatında, 25-30 avqustda isə Bosniya və Hersoqovinada Dünya çempionatında qüvvələrini sınayacaq. Gənc güləşçilər isə, 11-16 avqustda Braziliyada Dünya çempionatında yarışacaq. Rio Olimpiadasına ilk lisenziyaların qazanılacağı böyüklər arasında Dünya çempionatı isə 7-12 sentyabr tarixlərində ABŞ-ın Las Veqas şəhərində keçiriləcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.