29 iyun 2015 12:15

Gənc güləşçilərimiz Avropa çempionatında yeni tarix yazdı

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, güləşçilərimiz çempionatda ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medala sahib olub.

Gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda (6 medal), yunan-Roma güləşi üzrə yığmamız isə, ən çox sayda qızıl medal (3 qızıl) qazanmaqla çempionatda iştirak edən digər komandalardan fərqlənib.

Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 3 bürünc medala yiyələnib. Səid Həmidov (120 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə, yığmamıza Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Komanda hesabında güləşçilərimiz 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.

Gənc qızların mübarizəsində isə, yığmamız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb və güləş tariximizdə yeni bir səhifə yazıb. Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq) və Elis Manolova (67 kq) gümüş, Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medala yiyələnib. Bu nəticə ilə güləşçilərimiz komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla komanda hesabında Avropa çempionu olub. 50 xal toplayan Rusiya ikinci, 40 xal toplayan Türkiyə isə üçüncü pillədə qərarlaşıb.

Gənclər arasında Avropa çempionatının son iki günündə isə yunan-Roma güləşçiləri mübarizə aparıb. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan güləşçilərimiz bütün rəqiblərindən daha yaxşı nəticə əldə ediblər. Nofəl Babayev (50 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb, Murad Məmmədov (55 kq) gümüş və Ruhin Mikayılov (66 kq) isə bürünc medala sahib olub. Ümumilikdə, 48 xal toplan yığmamız komanda hesabında 4-cü pillədə qərarlaşıb. İlk üçlükdə isə, Gürcüstan, Türkiyə və Rusiya yığmaları yer alıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.