28 iyun 2015 11:00

Avropa çempionatının qalibi olan güləşçi qızlar vətənə qayıdıb

İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatında uğurla çıxış edən qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər. Azerisport.az xəbər verir ki, yığmamız komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla Avropa çempionu adını qazanıb. Güləşçilərimiz qitə birinciliyini 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Azərbaycanlı qadın güləşçilər çox güclü rəqabət şəraitində Avropa çempionu oldular. Bunu Türkiyənin İstanbul şəhərində gənclər arasında keçirilən Avropa çempionatında komanda hesabında birincilik qazanan Azərbaycanın qadın güləşi üzrə yığma komandasının böyük məşqçisi Yaqub Məmmədov deyib.

"Bakıda keçirilən l Avropa Oyunlarında iştirak edən bir neçə idmançı yarışlara qatılmışdı. Amma Azərbaycanı təmsil edən qızlar bütün komandaları heyran etdilər. Rusiyalı məşqçilər demək olar ki, sıradan çıxmışdılar. Biz komandamızın birinci yerə çıxacağına əmindik. Bizim qızıl medalımız yox idi. Şükürlər olsun ki, keçmiş Avropa və dünya çempionu Səbirə Əliyeva bizə qızıl medal qazandırdı".

Qızıl medal qazanan Səbirə Əliyeva isə jurnalistlərə bildirib ki, bu onun ilk uğuru deyil: "Çox sevinirəm ki, məşqçilərimin ümidlərini doğrultdum. İnanıram ki, bundan sonra uğurlu nəticələr qazanacağam. Finaldakı rəqibim Urayna təmsilçisi idi və ona böyük üstünlüklə qalib gəldim".

Qeyd edək ki, güləşçilərdən Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Elis Manolova (67 kq) və Alyona Kolesnik (55 kq) gümüş, Raqnetta Qurbanzadə (63 kq) və Türkan Nəsirova (44 kq) bürünc medal qazanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.