1 iyun 2015 15:00

“Avropa Oyunlarında güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik”

Güləş üzrə Azərbaycan yığma komandaları birinci Avropa Oyunlarına hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirirlər. Azerisport.az xəbər verir ki, iyunun 1-də qadın güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqi Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də izləyib.

Məşqdən sonra media nümayəndələrinin suallarını cavablandıran AGF rəsmisi hər 3 güləş növündə yığma komandaların yüksək səviyyədə hazırlıq keçdiyini bildirib.

“I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Güləşçilərimiz bu yarışlara ciddi səylə hazırlaşırlar. Avropa Oyunlarında qitənin ən güclü idmançıları mübarizə aparacaq. Amma Azərbaycan güləşi elə bir səviyyəyə çatıb ki, nəinki Avropada, bütün dünyada favoritlər arasında göstərilirik. Yəni məqsədimiz həmişə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bu tarixi hadisəyə qazanacağımız qələbələrlə əlavə bayram abu-havası qatmaq, xalqımızı sevindirmək istəyirik".

Qadın güləşçilərimizin Monqolustan yığması ilə birlikdə hazırlaşdığını bildirən N. Əliyev hələ ki, “Bakı-2015” I Avropa Oyunlarında çıxış edəcək heyətin tam tərkibinin müəyyənləşdirilmədiyini vurğulayıb:

“Bu həftənin sonuna qədər I Avropa Oyunlarında çıxış edəcək heyət tam olaraq müəyyənləşdiriləcək. Komandanın tərkibində çoxlu gənclər olacaq. O idmançılar gənc olmalarına baxmayaraq, artıq böyüklər arasında da öz sözlərini deyiblər. Hesab edirəm ki, gənc güləşçilərimiz I Avropa Oyunlarında sürpriz edəcəklər. Ümid edirəm ki, Azərbaycan azarkeşlərini sevindirəcəyik. Heyətdə Olimpiya çempionlarımızdan Toğrul Əsgərov yer alacaq. Şərif Şərifov isə Amerikada keçiriləcək dünya çempionatına hazırlaşır. Avropa Oyunlarında güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik”.

Qeyd edək ki, Avropa Oyunlarında hər 3 güləş növü üzrə yarışlar Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. İyunun 13-dən 18-dək ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.