30 may 2015 15:30

Yunan-Roma güləşi üzrə yığma komandanın açıq məşqi keçirilib

Güləş üzrə Azərbaycan yığma komandaları birinci Avropa Oyunlarına hazırlıqları davam etdirirlər. Azerisport.az xəbər verir ki, mayın 30-da yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Komanda Olimpiya Güləş Mərkəzində hazırlıq keçir.

Yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin qarşıdakı yarışlara böyük məsuliyyətlə hazırlaşdıqlarını bildirib:

“Bütün komanda heyəti - həm güləşçilər, həm də məşqçilər and içmişik ki, I Avropa Oyunlarında Azərbaycanın fəxri olacağıq və möhtəşəm Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Heç bir güləşçimiz dincəlməyəcək və var gücü ilə son nəfəslərinə qədər mübarizə aparacaq. Mən çox federasiyalarda işləmişəm. Dünyada Azərbaycan Güləş Federasiyası kimi işini tam görən federasiyalar azdır.

Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda birinci Avropa Oyunlarında uğurlu çıxış etmək tapşırığı durur. Bu tədbirin Azərbaycan üçün nə dərəcədə önəmli və əhəmiyyətli olduğunu bilirik. Peşəkar məşqçi olaraq bütün idmançılarımızın medal qazanacağına ümüd edirəm. Bu, rekordsuz idman növüdür və buna görə də neçə medal qazanacağımızı demək olmur. Azərbaycan güləşi elə bir həddə çatıb ki, hər çəkidə yüksək səviyyədə güləşçilərimiz var.

I Avropa Oyunlarında əsas rəqiblərimiz Gürcüstan, Türkiyə, Rusiya, Macarıstandır. Bu ölkələrin çox yaxşı kamandaları var. Ümid edirəm ki, Azərbaycan komandası hamısından yaxşı olar. Komanda daxilində idmançılarımızın özü arasında da rəqabət çox yüksəkdir. Düzdür, əksər çəkilərdə Avropa Oyunlarında kimin iştirak edəcəyini məşqçilər korpusu bilir. Amma yekun qərar hələ verilməyib. İstənilən halda, əmin ola bilərsiniz ki, yarışlarda döşək üzərinə çıxacaq hər bir idmançımız yalnız qızıl medal uğrunda mübarizə aparacaq".

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.