12 may 2015 18:15

Yunan-Roma güləşçilərimiz Avropa Oyunları öncəsi Xaçmazda məşq edir

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri I Avropa Oyunlarına hazırlığı Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir. Azerisport.az xəbər verir ki, mayın 7-dən başlayan təlim-məşq toplanışında baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə yığmanın bütün üzvləri iştirak edir. Təlimlərə ümumilikdə 30 yaxın güləşçi dəvət olunub. Bununla yanaşı, məşqlərin səmərəsini artırmaq üçün üç gürcü pəhləvan da təlimlərə cəlb olunub. Məşqçilər korpusu gündə iki dəfə keçirilən məşqlərdə əsasən texniki hazırlıqlara üstünlük verir.

Baş məşqçi Cəmşid Xeyrabadi yığma komanda üzvlərinin həm taktiki, həm də texniki baxımdan tam hazır olduqlarını bildirib: "Həm öz adımdan, həm bütün məşqçilər heyəti adından, eyni zamanda komanda üzvləri adından deyə bilərəm ki, komanda tam hazırdır. Azarkeşlər bizdən yüksək nəticələr gözləyirlər. Var gücümüzlə çalışırıq ki, yüksək əyarlı medallar, qızıl medallar qazanaq və bütün Azərbaycanı sevindirək".

Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov bildirib ki, birinci Avropa Oyunlarına təxminən bir ay vaxt qaldığından fiziki təlimləri azaldaraq əsasən döşək üzərində fərdi məşqlər keçirilir. “Fevralda keçirilən dünya kuboku yarışlarında güləşçilərimiz qalib gəldiklərindən birinci Avropa Oyunlarına da çox iddialı qatılacaqlar. İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Bunun müqabilində biz də əlimizdən gələni edirik ki, qatıldığımız hər bir yarışda yüksək yerlər qazanaq. Güləşçilərimiz ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında iştirakın məsuliyyətini tam dərk edirlər. Onların hər biri fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa iddialıdır”.

Yığma komandanın üzvü Elvin Mürsəliyev də birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə keçdiyini bildirərək deyib: “Qarşıdakı yarışa çox ciddi hazırlaşırıq. Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. Birinci Avropa Oyunlarının Bakıda təşkil olunması bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır”.

Təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.