27 aprel 2015 11:10

Qadın güləşçilərimiz Sofiyada 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazandılar

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, 53-cü dəfə keçirilən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edib.

55 kq çəkinin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Bolqarıstan və İtaliya təmsilçilərini üstələyən təcrübəli Nataliya Sinişin finalda digər təmsilçimiz, Tunis və Almaniya güləşçilərini üstələyən gənc Alyona Kolesnik ilə qarşılaşıb. Maraqla gözlənilən final görüşü təcrübəli Nataliya Sinişinin qələbəsi ilə yekunlaşıb. Nataliya Sinişin qızıl, Alyona Kolesnik isə gümüş medala yiyələnib.

69 kq-da təmsilçilərimiz Nadya Muşka və Elis Manolova ilk görüşdə qarşılaşıb. Görüşdə qalib gələn Nadya Muşka finala yüksəlmək üçün Bolqarıstan təmsilçisini də üstələyib. Finalda İsveç təmsilçisi ilə görüşü uduzan Nadya Muşka gümüş medalla kifayətlənib. Elis Manolova isə, bürünc medal uğrunda Bolqarıstan güləşçisini üstələyib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Beləliklə, qadın güləşçilərimiz Avropa Oyunları öncəsi Bolqarıstanda qatıldıqları növbəti sınaq yarışını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.