18 aprel 2015 13:45

AGF rəsmiləri Braziliya Güləş Federasiyasının qonağı olub

Azərbaycan Güləş Federasiyası Dünya Güləş Birliyinin (UWW) fəal üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin Güləş Federasiyaları ilə əməkdaşlıq edir. Azerisport.az xəbər verir ki, bu günlərdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və federasiyanın baş katibi Əjdər Cəfərov Cənubi Amerikada işgüzar səfərdədir.

Səfər çərçivəsində Braziliya Güləş Konfederasiyasında görüşlər keçirən AGF rəsmiləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib, gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə tanış tanış olublar. Braziliya Güləş Federasiyasının prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Pedro Qama Filhonun dəvəti ilə bu ölkənin yığma komandasının təlim-məşq bazasına da baş çəkən AGF-nin I vitse-prezidenti Namiq Əliyev Azərbaycan və Braziliya arasında ikitərəfli əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib:

“Azərbaycan müxtəlif idman yarışlarının təşkilində zəngin təcrübəyə malikdir, eyni zamanda bütün sahələrdə olduğu kimi, idman sahəsində, xüsusilə güləşdə qazandığımız uğurlar göz qabağındadır. Braziliya gələn il ilk dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanda isə bu il tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunları təşkil olunacaq. Braziliyalı həmkarlarımız Azərbaycanın təcrübəsindən yararlanmaqda maraqlıdırlar. Çünki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə lazımi bütün işlər həyata keçirilir. Azərbaycan Güləş Federasiyası gələcəkdə Rio Olimpiadasında təşkil olunacaq güləş yarışlarına hər cür təşkilati dəstək verməyə hazırdır. Görülən işlər bütövlükdə dünyada güləş idman növünün inkişafına xidmət edir”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.