16 aprel 2015 22:00

AGF Kuboku ilk gün: 3 qızıl, 8 gümüş və 9 bürünc medal

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Azerisport.az xəbər verir ki, bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.

42 kq
FİNAL - Əsgər Əlizadə - Elşad Məmmədov 5:15
Bürünc medal görüşü - Mirsirac Həsənli - İrakli Nakaşidze (GEO) 4:0
Bürünc medal görüşü - Zülfüqar Əliyev - Dadmarz Poya (İRİ) 1:2

46 kq
FİNAL - Giorgi Mefişvili (GEO) - Zaur Nuriyev 9:8
Bürünc medal - Səid Cahangirzadə
Bürünc medal görüşü - Ramal Əhədli - Boctandik Dalabayev (KAZ) 8:0

50 kq
FİNAL - N.Temirbayev (KAZ) - M.Mukaşev (KAZ) 0:8
Bürünc medal görüşü - Alireza Nejati (İRİ) - Temuri Gogia (GEO) 6:4
Bürünc medal görüşü - M.Mamurbek (KAZ) - Pərvin Abdullayev 12:4

54 kq
FİNAL - Xancavad Məcidzadə - Moxtari Mohamadreza (İRİ) 4:4*
Bürünc medal görüşü - Rüstəm Yusifov - Roman Lomainadze (GEO) 0:8
Bürünc medal görüşü - Kənan Cəfərov - Leri Abuladze (GEO) 4:0

58 kq
FİNAL - Davud Əlimuradov - Reza Kabiri (İRİ) 0:8
Bürünc medal görüşü - Dias Kalen (KAZ) - Cavid Cavadzadə 1:2
Bürünc medal görüşü - Məmmədəli Həsənov - Kənan Hacıəliyev 2:4

63 kq
FİNAL - Ramin Səfərov - David Bakuradze (GEO) 3:5
Bürünc medal - Sagvano Mohammad (İRİ)
Bürünc medal görüşü - Murad Orucov - İbrahim Səfərov 8:7

69 kq
FİNAL - Ülvi Qənizadə - Vaja Gotua (GEO) 10:0
Bürünc medal görüşü - Yusif Əlizadə - Afifi Şayan (İRİ) 0:9
Bürünc medal görüşü - Temirxan Faizraxman (KAZ) - Nodar Şavadze (GEO) 8:8*

76 kq
FİNAL - Nəzərşah Fərullayev - Cavanşir Qasımov 3:1
Bürünc medal görüşü - Kamran Xaşalov - Arcanali Tonaev (RUS) 5:13
Bürünc medal görüşü - Choob Chian LSM (İRİ) - Badri Janelidze (GEO) 5:7

85 kq
FİNAL - Uğur Hacılı - Saed Yousifi (İRİ) 1:3
Bürünc medal görüşü - Rövşən Eyyubov - Rauf Məmmədli 0:5
Bürünc medal görüşü - Yaşar Zamanov - Rovizon Esadze (GEO) 4:4*

100 kq
FİNAL - Camal Feyziyev - Amin Mirzadeh (İRİ) 6:13
Bürünc medal görüşü - Saba Tsetskhladze (GEO) - Tarış Əbilov 4:0
Bürünc medal görüşü - Müşfiq Qəniyev - Abbas Əliyev 1:10

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.