15 aprel 2015 13:00

Sərbəst güləş üzrə Dünya Kubokunun bürünc medalçıları Vətənə qayıdıb

Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın məşqçiləri və idmançılar yarış haqqında təəssüratlarını bölüşüb.

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov qazanılan nəticənin uğurlu olduğunu bildirib: "Biz Dünya Kubokunda əsas favoritlərdən sayılırdıq. Məqsədimiz yarışdan qızıl medalla qayıtmaq idi. Lakin bu, baş tutmadı və nəticədə biz bürünc medal qazandıq. Düşünürəm ki, bu da uğurlu nəticədir. Bu yarışı qarşıdan gələn Avropa Oyunlarının bir növ hazırlığı kimi də qiymətləndirmək olar. Dünya Kubokunda buraxılan səhvləri təhlil edib bunun üzərində çalışacağıq. İnanıram ki, Avropa Oyunlarında qazanacağımız qələbələrlə azarkeşlərimizi çox sevindirəcəyik".

Yığma komandanın böyük məşqçisi Firdovsi Umudov idmançılarımızın çıxışını qənaətbəxş hesab edib: "Komandamız yaxşı hazırlaşmışdı. Güləşçilərin ümumilikdə çıxışını qənaətbəxş hesab edirəm. Çox güclü komandalar içərisində yığmamız ilk üçlükdə yer aldı və bürünc medal qazandı. Bu da dövlətimizin uğuru, şəxsən cənab prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının təzahürüdür. İdmançılarımız hər zaman dünya miqyaslı yarışlarda öz sözlərini deyirlər. Mən fürsətdən istifadə edərək, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, məşqçilər korpusunun istəyinə uyğun olaraq idmançılarımızın mühitə uyğunlaşması məqsədilə yarışdan bir həftə öncə Los Ancelesə səfər üçün şərait yaratdılar. Hədəfimiz böyükdür. Qarşıda bizi güclü yarışlar gözləyir. Bir neçə gün sonra başlayacaq təlim-məşq toplanışlarında qüsurları aradan qaldırmaq üçün çalışacağıq. Məşqlərdə hər zaman olduğu kimi bu dəfə də ümumi fiziki hazırlıq, xüsusi fiziki hazırlıq və nizam-intizam məsələlərinə diqqət ayıracağıq. İyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında və sentyabrda Las Veqasda keçiriləcək lisenziya xarakterli Dünya çempionatında uğurla çıxış edib, bütün güləş həvəskarlarını və Azərbaycan ictimaiyyətini sevindirəcəyik".

Dünya Kubokunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran, İran yığması ilə görüşdə ikiqat dünya çempionu Reza Yazdanini məğlub edən Olimpiya çempionumuz Şərif Şərifov yarışa qızıl medal qazanmaq üçün getdiklərini deyib: "Yarışa çox ciddi hazırlaşmışdıq. Qızıl medal qazanacağımıza çox inanırdıq. Lakin İran komandası ilə görüşdə bəzi güləşçilərimiz zədələndi və biz bürünc medalla kifayətlənməli olduq. Lakin həvəsdən düşmək lazım deyil. Çünki bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Bakıda keçiriləcək Avropa Oyunlarında və Dünya çempionatında tək hədəfimiz qızıl medallar olacaq. Azarkeşlərimiz bizi dəstəkləməkdə davam etsinlər".

Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə ikinci, 2010, 2011 və 2015-ci illərdə isə üçüncü yerdə qərarlaşıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.