2 aprel 2015 15:45

Namiq Əliyev: Biz ancaq qələbə üçün çalışırıq

Aprelin 11-12-də Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev yığma komandanın heyətini açıqladıqdan sonra media nümayəndələrinin suallarını cavablandırıb:

“Artıq əsas heyət açıqlandı. Fikrimcə, yarış üçün optimal heyət seçmişik. Dünya Kuboku yarışlarından sonra ilk Avropa Oyunları keçiriləcək. Ondan 3 ay sonra isə Dünya çempionatı olacaq. Hər bir yarış bizim üçün önəmlidir. Hər üç turnirdə güləşçilərimizin uğurla çıxış etməsinə çalışırıq. İlk olaraq, Dünya Kuboku turnirinə yollanacaq heyət barədə danışarkən, qeyd etməliyəm ki, burada kifayət qədər təcrübəli idmançılarımız, eyni zamanda, gənc idmançılar var. İnanıram ki, yarışlar zamanı onlar öz sözlərini deyəcəklər”.

“Heyəti müəyyənləşdirərkən, çox məsələləri ölçüb-biçmişik. Rəqiblərimizdən hansı çəkilərdə güclü idmançılar varsa, biz də o çəki üçün iki idmançı götürmüşük. Bunların hamısı nəzərə alınıb”.

“Artıq Azərbaycan güləşi elə bir səviyyəyə yüksəlib ki, bütün dünya hər turnirdə bizi favorit sayır. Öz növbəmizdə istənilən yarışda yalnız birinci olmaq üçün mübarizə aparırıq. Yəni 2-ci və ya 3-cü yerlər bizi qane etmir. İdmançılar da dərk edirlər ki, onlar birinci olmaq üçün yarışmalıdır. Biz ancaq qələbə üçün çalışırıq”.

Qeyd edək ki, sərbəst güləş üzrə milli komandamız Dünya Kuboku yarışlarında “B” qrupunda İran, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.