2 aprel 2015 12:30

Mart ayının yekunlarına görə sərbəst güləşçilərin reytinq siyahısı açıqlanıb

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb. Azerisport.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

Son Dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə, ötən ay yarışlara 65 kq çəkidə qatıldığına görə, reytinq siyahısında mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kq çəkidə 2-ci yerdə olan Hacı Əliyev, 65 kq-da 12-ci sırada qərarlaşıb. Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifovun (97 kq) da adı var.

57 kq
15. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (13)

65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (6)
12. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (21)

70 kq
12. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)

74 kq
9. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (10)

86 kq
12. Həmzət Osmanov - DÇ 5-ci yer (8)
19. Məhəmmədhacı Xatiyev - U-23 AÇ 2-ci yer (nr)

97 kq
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
5. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (6)
20. Nurməhəmməd Hacıyev - U-23 AÇ 2-ci yer (nr)

125 kq
11. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.