25 mart 2015 00:25
AÇ-2015-də 2-ci gün sərbəst güləşçilər yarışacaq
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.
Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışacaq.
61 kq
1/8 final - Jakub Sikora (SRB) - Əhmədnəbi Qvarzatilov
70 kq
1/8 final - Andrey Karpaç (BLR) - Murad Süleymanov
86 kq
1/16 final - Məhəmmədhacı Xatiyev - Fatih Erdin (TUR)
125 kq
1/4 final - Əli Maqomedabirov - Giorgi Meşvildişvili (GEO)
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
