25 mart 2015 00:15

İlk gündə 1 gümüş və 1 bürünc medal

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb.

57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mircəlal Həsənzadə ilk görüşdə Almaniyalı rəqibini mübarizədən kənarlaşdırıb. Ardınca erməni əsilli Ukrayna təmsilçisi üzərində böyük hesablı qələbə qazanıb. Yarımfinalda güləşçimiz Rusiyalı rəqibi ilə gərgin keçən görüşdə uduzsa da, bürünc medal uğrunda həlledici görüşə çıxıb. Ancaq son görüşdə Gürcüstan təmsilçisi üstün tərəf olub. Mircəlal Həsənzadə U-23 Avropa çempionatını 5-ci sırada tamamlayıb.

65 kq-da mübarizə aparan Məhəmməd Müslümov ardıcıl olaraq Rumıniya və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Gərgin keçən yarımfinal görüşündə İtaliyalı rəqibinə minimal hesabla uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Moldova güləşçisini üstələyən Məhəmməd Müslümov çempionatın bürünc medalını qazanıb.

Çempionatın ilk günündə uğurlu çıxışı ilə yadda qalan güləşçimiz 97 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev olub. O, finala qədər maneəsiz irəliləyib və ardıcıl olaraq Macarıstan, Rusiya və Almaniyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda keçirilən son görüşdə təmsilçimiz Gürcüstan idmançısına məğlub olub və gümüş medalla kifayətlənib.

Beləliklə, güləşçilərimiz ilk yarış günündə 1 gümüş və 1 bürünc medal qazanıb.

57 kq
1/8 final - Nico Zarcone (GER) - Mircəlal Həsənzadə 2:12
1/4 final - Mircəlal Həsənzadə - Armen Arakelyan (UKR) 12:0
1/2 final - Mircəlal Həsənzadə - İsmail Muskaev (RUS) 5:7
Bürünc medal görüşü - Beka Budziaşvili (GEO) - Mircəlal Həsənzadə 13:1

65 kq
1/8 final - Katona Zsolt (ROU) - Məhəmməd Müslümov 1:12
1/4 final - Məhəmməd Müslümov - Boyço Boyçev (BUL) 11:1
1/2 final - Məhəmməd Müslümov - Marquez Frank Çamizo (ITA) 11:12
Bürünc medal görüşü - Maksim Perpelia (MDA) - Məhəmməd Müslümov 4:7

74 kq
1/16 final - Məhəmmədhacı Muxutov - Sergey Odinak (UKR) 2:6

97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Kristoff Vittman (HUN) 12:0
1/4 final - Nurməhəmməd Hacıyev - Zaynulla Kurbanov (RUS) 4:0
1/2 final - Nurməhəmməd Hacıyev - Gennadiy Cudinoviç (GER) 14:3
FİNAL - Omar Qusoşvili (GEO) - Nurməhəmməd Hacıyev 9:4

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.