17 mart 2015 12:30

Cəmşid Xeyrabadi: Güləşçilər arasında mütləq rəqabət olmalıdır

Bir müddət öncə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Dünya Kuboku yarışlarında çempion olan və Azərbaycan idmanı tarixində yeni bir səhifə yazan yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi AGF-in saytına müsahibəsində qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlıqla bağlı fikirlərini bölüşüb.

- Avropa Oyunlarına hazırlıq necə gedir, hansı mərhələdədir?
- Gördüyünüz kimi, bu günkü səhər məşqimiz stadiondadır. Axşama isə zalda olacaq. Davamlı olaraq məşqlərimizi edirik, güləşçilərimizin vaxtı vaxtında məşqlərinə, qidasına, nizam-intizamına diqqət yetiririk. Biz Avropa Oyunlarına sistemli şəkildə, xüsusi proqramla hazırlaşırıq. Elə gün olur ki, üç dəfə məşq olur, elə gün olur iki dəfə.

- Gündə 3 dəfə məşq ağır deyilmi?
- Məşqlərimiz ağır keçir. Çünki məsuliyyətli vəzifəmiz var. Qarşıdan bizim tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları kimi mötəbər yarış gözləyir. Əsas odur ki, güləşçilərimiz verilən tapşırıqların öhdəsindən gələ bilir. Bizim uşaqlar yorğunluğun özünü yorarlar, ancaq özləri yorulmazlar. Etdiyimiz məşqlər də məhz onlara görədir. Mən Bakıya gələndə birinci növbədə məşqi artırdım, ikinci isə keyfiyyətə diqqət etdim. Məhz buna görə də bu gün istədiyimiz nəticəni ala bilirik.

- Bu günkü məşq prosesində hansı idmançıları xüsusi olaraq qeyd edə bilərsiniz?
- Bu gün demək olar ki, komanda üzvlərinin əksəriyyəti yaxşı məşq elədi. Məsələn, Həsən Əliyev. Həsənin enerjisi o qədər yüksəkdir ki, yorulmaq bilmir. Sadəcə bir az fikri qarışıq olur, o da yavaş-yavaş düzəlir. Elvin Mürsəliyev də güclü güləşçilərimizdən biridir və əsas odur ki, yaraşıqlıdır... (gülür)

- Avropa Oyunlarına 90 gündən az vaxt qalıb. Kimləri hazır hesab edirsiniz?
- Əlbəttə, peşəkar məşqçi bunu bilməlidir. Avropa Oyunlarına sayılı günlər qalsa da, mən onlara demirəm kim hazırdır. Çünki bu onlara rahatlıq verə bilər. Güləşçilər arasında mütləq rəqabət olmalıdır. Amma müəyyənləşdirmişik ki, kimlər hazırdır, kimlər Oyunlarda iştirak edə biləcək.

- Bir müddət öncə İranda Dünya Kubokunun qazanılması güləşçilərimiz üçün əlavə bir stimul oldu...
- Əlbəttə. Biz Dünya Kubokuna da məsuliyyətli hazırlaşmışdıq. Şükürlər olsun ki, qalib olduq. Bu qələbə Azərbaycanda bir ilk oldu. Belə qələbələr yenidən təkrarlanmalıdır. Mən Azərbaycan xalqını sevirəm və belə idmançılarmızla fəxr edirəm.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.