8 mart 2015 00:20

Hacı Əlicanov Minsk Qran Prisini beşinci tamamladı

Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edib.

Turnirin ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

Güləşçilərimizdən Hacı Əlicanov (86 kq) mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Güləşçimiz ilk görüşdə Türkmənistan təmsilçisini üstələsə də, növbəti görüşdə Rusiya təmsilçisi Avropa və Dünya çempionu Abdulraşid Sadullayevə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq şansı verib. Ardıcıl olaraq Belaruslu Yevgeniy Aleşkeviçi və Moldova güləşçisi Pyort Yanulovu mübarizədən kənarlaşdıran Hacı Əlicanov bürünc medal şansını qoruyub. Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Riçard Perri olub. Ancaq rəqibinə 4:1 hesabı ilə uduzan Hacı Əlicanov turniri 5-ci sırada tamamlayıb.

61 kq
1/32 final - Ruhlan Məmmədov - Vladimir Kudrin (KAZ)
1/16 final - Ruhlan Məmmədov - Co Makken (USA)
1/8 final - Daulet Niyazbekov (KAZ) - Ruhlan Məmmədov

70 kq
1/32 final - Mirza Abdulbekov (BLR) - Hacımurad Ömərov 0:10
1/16 final - Toğrul Əsgərov - Cyler Sanderson (USA)
1/16 final - Ceyson Uelş (USA) - Hacımurad Ömərov 10:6
1/8 final - Rustam Cafaryan (UKR) - Toğrul Əsgərov 6:7
1/4 final - Toğrul Əsgərov - İldus Giniyatullin (RUS)

86 kq
1/32 final - Məhəmmədhacı Xatiyev - Pyotr Yanulov (MDA)
1/16 final - Hacı Əlicanov - Selimmuhammet Muhadiyev (TKM)
1/8 final - Abdulraşid Sadullayev (RUS) - Hacı Əlicanov
Təsəlliverici görüş - Yevgeniy Aleşkeviç (BLR) - Hacı Əlicanov
Təsəlliverici görüş - Hacı Əlicanov - Pyotr Yanulov (MDA) 3:1
Bürünc medal görüşü - Hacı Əlicanov - Riçard Perri (USA) 1:4

125 kq
1/16 final - Əli Maqomedabirov - Dmitriy Popov (KAZ) 0:6

Xatırladaq ki, turnirin ilk günündə 97 kq çəki dərəcəsində finalda iki güləşçimiz qaşılaşıb. Xetaq Qazyumov və Şərif Şərifovun final görüşü birincinin qələbəsi ilə başa çatıb. İlk günün yekununda yığmamızın hesabında 1 qızıl və 1 gümüş medal var.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.