7 mart 2015 13:00

Xetaq Qazyumov qızıl, Şərif Şərifov gümüş medal qazandıXetaq Qazyumov qızıl, Şərif Şərifov gümüş medal qazandı

Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azerisport.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.

Turnirin ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

97 kq çəki dərəcəsində finalda yığma komandamızın iki üzvü qarşılaşacaq. Olimpiya Oyunlarının ikiqat bürünc medalçısı Xetaq Qazyumov ardıcıl olaraq Ukrayna təmsilçisi Hleb Kutey, Slovakiya idmançısı Jozef Jaloviar, Moldovadan Nikolay Çeban, yarımfinalda isə gürcü Omar Qusoşvilini məğlub edib. Bütün rəqiblərinə xal vermədən qalib gələn Xetaq finalda yığma komandamızın digər üzvü Şərif Şərifovla qarşılaşıb. Olimpiya çempionu Şərif Şərifov finala qədər Qazaxstanlı Mamed İbrahimov, ABŞ təmsilçisi David Zabriske, Ukrayna güləşçiləri Avropa çempionu Pavlo Oleynik və London Olimpiadasının gümüş medalçısı Valeriy Andreytsevi mübarizədən kənarlaşdırıb.

Gərgin keçən və maraqla izlənilən final qarşılaşması Xetaq Qazyumovun 5:0 üstünlüyü ilə tamamlanıb. Bu nəticə ilə, Xetaq Qazyumov qızıl, Şərif Şərifov isə gümüş medal qazanıb.

65 kq
1/16 final - Hacı Əliyev - Furkat Fərmanov (UZB)
1/8 final - Hacı Əliyev - Mixail Sava (MDA) 12:4
1/4 final - Aleksandr Kontoev (BLR) - Hacı Əliyev 6:4


74 kq
1/16 final - Medina Aogysta (GBS) - Kənan Əliyev 0:10

1/32 final - İlyas Satibaldin (KAZ) - Cəbrayıl Həsənov
1/16 final - Cəbrayıl Həsənov - Nurlan Bekjanov (KAZ) 7:1
1/8 final - Rəşid Kurbanov (UZB) - Kənan Əliyev 9:1
1/8 final - Cəbrayıl Həsənov - Bolat Sakayev (KAZ) 11:1
1/4 final - Cəbrayıl Həsənov - Ali Şabanov (BLR) 1:5

97 kq
1/16 final - Xetaq Qazyumov - Hleb Kutey (UKR) 6:0
1/16 final - Mamed İbrahimov (KAZ) - Şərif Şərifov 0:10
1/8 final - Şərif Şərifov - David Zabriske (USA)
1/8 final - Jozef Jaloviar (SVK) - Xetaq Qazyumov 0:8
1/4 final - Xetaq Qazyumov - Nikolay Çeban (MDA) 8:0
1/4 final - Şərif Şərifov - Pavlo Oleynik (UKR) 7:4
1/2 final - Omar Qusoşvili (GEO) - Xetaq Qazyumov 0:4
1/2 final - Valeriy Andeytsev (UKR) - Şərif Şərifov 2:6
FİNAL - Xetaq Qazyumov - Şərif Şərifov 5:0

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.