6 mart 2015 12:15

Rəsul Çunayev və Rafiq Hüseynov fevral ayının reytinqində birincidir

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı daxil edilib.

Ötən ay keçirilən Dünya Kuboku yarışında yeni bir tarix yazan yunan-Roma güləşçilərimiz reytinq sıralamasında da nəzərəçarpacaq uğura imza atıb. Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay keçirilən Dünya Kuboku yarışlarındakı nəticələrinə görə, fevral ayının reytinq sıralamasında birinci olublar. Məlumat üçün bildirək ki, Rafiq Hüseynov Dünya Kubokunda keçirdiyi 4 görüşdən hamısını qələbə ilə başa vurub. Finalda isə, ötən ilin Dünya çempionatının gümüş mükfataçısı Yevgeni Saleyevi üstələyib. Rəsul Çunayev isə, Dünya Kubokunda keçirdiyi 3 görüşü qələbə ilə başa vurib, finalda Dünya çempionu Çingiz Labazanovu üstələyib.

Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibi (85 kq) və Dünya çempionatının bürünc mükafatçısı Elvin Mürsəliyev (75 kq) mövqelərini qoruyub. Onlar müvafiq olaraq siyahıda 2-ci və 5-ci yerdədir. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, Dünya Kuboku yarışındakı göstəricilərinə görə 2 pillə irəliləyərək 5-ci sırada qərarlaşıb. Dünya Kuboku yarışındakı uğurlu çıxışı İslam Abbasovun (85 kq) 13-cü pillədən 8-ə yüksəlməsi ilə nəticələnib.

59 kq
13. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (16)

66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (7)
13. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)

71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (3)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq
1. Rafiq Hüseynov - DK 1-ci yer (11@75)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
8. İslam Abbasov - DK 1-ci yer (13)

98 kq
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)

130 kq
17. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (16)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.