13 fevral 2015 15:00
Təxti Kubokunda ilk gün 1 qızıl və 1 gümüş medal qazandıq
İran İslam Respublikasının Kirmanşah şəhərində Təxti Kuboku uğrunda beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, turnirdə 16 ölkənin güləşçiləri mübarizə aparır.
Turnirin ilk günündə yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Belə ki, Taleh Məmmədov və Orxan Əhmədov finala qədər bütün rəqiblərindən üstün olub. Finalda bir-birilə qarşılaşan güləşçilərimiz gərgin mübarizə aparıb. Hesab 2:2 olsa da, son xalı Taleh Məmmədov aldığından qələbə ona verilib. Taleh Məmmədov qızıl, Orxan Əhmədov gümüş medala layiq görülüb.
Beləliklə, ilk günün yekunlarına əsasən güləşçilərimizin hesabında 1 qızıl və 1 gümüş medal var.
