1 fevral 2015 12:00

Paris Qran Pri turnirinin ilk günündə 3 qızıl, 3 gümüş və 3 bürünc medal

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri 2-ci beynəlxalq turniri keçirilir. Azerisport.az xəbər verir ki, yarışda hər üç güləş növü üzrə yığma komandalarımız iştirak edir.

Turnirin ilk günüdə 48 kq, 55 kq, 60 kq, 69 kq çəkidə qadın, 66 kq, 71 kq, 80 kq, 98 kq çəkidə yunan-Roma, 57 kq, 65 kq, 74 kq, 97 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparıb.

Qadın güləşçilərimiz ilk yarış günündə 2 gümüş medal qazanıb. Alyona Kolesnik (55 kq) və Nataliya Sinişin (60 kq) yalnız final görüşündə uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Yunan-Roma güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 80 kq-da mübarizə aparan Elvin Mürsəliyev bütün rəqiblərindən üstün olub. Qazaxstan, Litva, Polşa və İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin qızıl medalını qazandırıb. 66 kq-da yarışan Kamran Məmmədov finala qədər Portuqaliya, Macarıstan, Avstriya və Polşa güləşçilərini məğlub edib. Final görüşündə Polşanın başqa bir təmsilçisi ilə görüşü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Orxan Nuriyev (98 kq) mübarizəyə Avstriya güləşçisi üzərində qələbə ilə başlasa da, növbəti görüşdə Estoniyalı rəqibinə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə İsveç təmsilçisi Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc medala sahib olub.

Paris Qran Pri turnirinin ilk günündə sərbəst güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb. 65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov və 97 kq-da yarışan Olimpiya çempionu Şərif Şərifov bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və turnirin qızıl medalına sahib olub. Məhəmməd Müslümov ardıcıl olaraq Çindən və ABŞ-dan olan 4 rəqibini mübarizədən kənarlaşdırıb finala yüksəlib. Finalda isə, güləşçimiz İranlı rəqibinə heç bir şans verməyib. Olimpiya çempionumuz Şərif Şərifov isə, Kanada, Qırğızıstan və finalda İran təmsilçisini üstələyib və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Bürünc medalları isə yığmamıza Hacı və Yaşar Əliyev qardaşları qazandırıb. Hacı Əliyev (65 kq) həlledici görüşdə Macarıstandan olan rəqibini məğlub edib. Yaşar Əliyev (57 kq) isə, komanda yoldaşı Mircəlal Həsənzadədən üstün olub.

Beləliklə, Parisdə keçirilən Qran Pri beynəlxalq turnirin ilk günündə güləşçilərimiz ümumilikdə 3 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 9 medal qazanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.