28 yanvar 2015 18:15

Namiq Əliyev: İnanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar

Azərbaycan güləşçiləri 2015-ci ilin təqvim planına əsasən, hazırlıqlarını Olimpiya Güləş Mərkəzində davam etdirirlər. Azerisport.az xəbər verir ki, bu gün milli komandalarımızın mətbuat açıq məşqi olub.

Hazırlıqları Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev də izləyib.

Məşqin sonunda Əliyev media nümayəndələrinin suallarını cavablandırıb: “Bu il ölkə idmanı üçün əlamətdar olacaq. Qarşıda bizi ilk Avropa Oyunları gözləyir. Bizim üçün bu yarış çox önəmlidir. Çünki doğma divarlar arasında mübarizə aparacağıq. Avropa Oyunlarında əsas rəqibimiz Rusiya yığması olacaq. Amma digər namizədləri də unutmaq olmaz. Əlbəttə, Azərbaycan güləşçiləri də dünya reytinqində ilk sıralarda yer alırlar və inanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar”.

Dünya Kuboku yarışları ilə bağlı sualı isə Namiq Əliyev belə cavablandırıb: “Avropa Oyunlarına qədər komandalarımız Dünya Kuboku turnirində iştirak edəcəklər. Qrupdakı rəqiblərimiz güclüdür. Amma bu, o qədər də önəmli deyil. Biz yalnız özümüz, öz gücümüz haqda düşünməliyik. Bununla belə, yunan-Roma güləşçilərinin İran yığmasıyla qarşılaşacağını qeyd etmək istərdim. Doğma divarlar onlara kömək edə bilər. Amma biz artıq iranlı güləşçiləri məğlub etmişik və düşünürəm ki, hazırda Azərbaycanın yunan-Roma güləşi İranla eyni səviyyədədir”.

Sonda AGF-nın birinci vitse-prezidenti Dünya Güləş Birliyinin qaydalarda etdiyi dəyişikliklər barədə fikirlərini bildirib: “Məncə, döşəyin rənginin dəyişilməsi ilə bağlı qərar doğrudur. Eyni zamanda hakimlərin də yeni geyimdə olacağı yaxşı haldır. Çünki idman oyununu əvvəlki geyimlərlə idarə etmək qəribə görünürdü. Yeni geyimlərlə onlar daha rahat hərəkət edə biləcəklər. Hakimlərdən söz düşmüşkən, bu mənada da inkişaf bizi sevindirir. Beynəlxalq arenalarda ölkəmizi iki hakim təmsil edəcək. Onlardan biri daha gənc olsa da, hər ikisi kifayət qədər təcrübəlidir”.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.