6 yanvar 2015 00:00

Güləşçilərimiz ilin ilk təlim-məşq toplanışına başlayır

2015-ci il Azərbaycan idmançıları üçün əlamətdar bir il olacaq. Azerisport.az xəbər verir ki, 12-28 iyun 2015-ci il tarixdə ölkəmizdə I Avropa Oyunları keçiriləcək.

Güləş üzrə yığma komandalarımız bu mötəbər beynəlxalq yarışa hazırlıqlara start verib. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayır.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışında olacaq. Yanvarın 7-dən 24-dək davam edəcək təlim-məşq toplanışında böyüklərdən ibarət yığma komandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri isə, baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaq. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

Təlim-məşq toplanışları başa çatdıqdan sonra güləş yığmalarımız Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.