16 dekabr 2014 13:45

Azərbaycan Güləş Federasiyası il ərzində fərqlənənləri açıqladı

Azərbaycan Güləş Federasiyası 2014-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. Azerisport.az xəbər verir ki, mərasimdə AGF rəsmiləri, yığma komandaların üzvləri, idmançılar və məşqçilərlə yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, eləcə də KİV nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən AGF baş katibi Əjdər Cəfərov güləşçilərimizin 2014-cü ili uğurla başa vurduqlarını bildirib.

“Güləşçilərimizin bu il qazandığı nailiyyətlərə nəzər saldıqda medalların keyfiyyətində nəzərəçarpacaq artım müşahidə edilir. Belə ki, əgər güləşçilərimizin ötən il qazandığı medallardan 92-si qızıl idisə, bu il qızıl medalların sayı 102-yə yüksəlib. Qarşıda bizi I Avropa Oyunları, Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya çempionatı  kimi ciddi sınaqlar gözləyir.  Güləşçilərimizin hazırlığı üçün Federasiya rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Çalışacağıq ki, yığma komandalarımız bu mötəbər yarışlarda ölkəmizi uğurla təmsil etsin, bayrağımızı yüksəldib himnimizi səsləndirsin”.

Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb.

İlin ən yaxşı idmançısı
Sərbəst güləş üzrə  - Hacı Əliyev (Böyüklər arasında Dünya və Avropa çempionu)
Yunan-Roma güləşi üzrə - İslam Abbasov (gənclər arasında Dünya və Avropa çempionu)
Qadın güləşi üzrə - Səbirə Əliyeva (gənclər arasında Dünya çempionu)

İlin ən yaxşı məşqçisi
Sərbəst güləş üzrə - Əsgərxan Novruzov (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)
Yunan-Roma güləşi üzrə - Şaban Donat (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)

İlin ən yaxşı hakimi
Beynəlxalq dərəcəli – Sədi Quliyev (Yeniyetmələrin II Olimpiya Oyunları)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.