14 dekabr 2014 19:35

Azərbaycan çempionatında 2-ci günün qalibləri bəlli oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə sərbəst güləş üzrə 86, 97 və 125 kq, yunan-Roma güləşi üzrə 59, 66 və 71 kq çəki dərəcələrində 116 pəhləvan mübarizə aparıb.

Sərbəst güləş üzrə

86 kq
FİNAL - Aleksandr Qostiyev - Məhəmmədhacı Xatiyev 4*:4
Bürünc medal görüşü - Turqay Məmmədov - İbrahim Yusifov 1:12
Bürünc medal görüşü - Məhəmməd Abdulxaliqov - Həmzət Osmanov 0:8

97 kq
FİNAL - Nurməhəmməd Hacıyev - Xetaq Qazyumov 0:6
Bürünc medal görüşü - Ramil Usubov - Elcan Usubov 0:10
Bürünc medal görüşü - Roman Bəkirov - Aslanbek Alborov 2:1
(Roman Bəkirov zədələndiyi üçün qələbə Aslanbek Alborova verilib)

125 kq
FİNAL - Səid Həmidov - Cəmaləddin Məhəmmədov -:+ (zədə)
Bürünc medal görüşü - Sənan Bağırov - Oyan Nəzəriani 0:2
Bürünc medal görüşü - Əli Maqomedabirov - Adəm Cəlilov 11:1

Yunan-Roma güləşi üzrə

59 kq
FİNAL - Elman Muxtarov - Murad Məmmədov 6:4
Bürünc medal görüşü - İbrahim Nurullayev - Orxan Eyvazov 1:8
Bürünc medal görüşü - Orxan Əhmədov - Taleh Məmmədov 2:1

66 kq
FİNAL - Həsən Əliyev - Ruhin Mikayılov 2:0
Bürünc medal görüşü - Kamran Məmmədov - Tural Umayev 2:0
Bürünc medal görüşü - Azad Əliyev - Hüseyn Abbasov 3:0

71 kq
FİNAL - Rüstəm Əliyev - Ceyhun Əliyev 8:0
Bürünc medal görüşü - Elvin Tağıyev - İlkin Əsgərov 0:8
Bürünc medal görüşü - Kənan İmanov - Rəsul Çunayev 0:8

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunublar.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.