14 dekabr 2014 13:00

Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, əvvəlcə çempionatın rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və AGF baş katibi Əjdər Cəfərov ölkəmizdə idmanın inkişafından, bütün sahələrdə olduğu kimi idmana və idmançılara dövlət qayğısından bəhs edib. Çıxışçılar 2014-cü ildə güləşçilərin qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, onları 2015-ci ildə məsuliyyətli bir sınaq gözlədiyini bildiriblər.

Daha sonra bu günlərdə Parisdə Fransa komandası ilə dostluq görüşününn qəhrəmanları olan güləşçilərin mükafatlandırılma mərasimi keçirilib. Mükafatları Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov təqdim edib. Xatırladaq ki, Parisin  məşhur Qış sirkində baş tutann dostluq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionatının ilk günündə sərbəst güləş üzrə 5 çəki dərəcəsində 131 pəhləvan mübarizə aparıb.

57 kq
FİNAL - Yaşar Əliyev - Mircəlal Həsənzadə 4:3
Bürünc medal görüşü - Etibar Hacıyev - Pərviz İbrahimov 2*:2
Bürünc medal görüşü - Eldəniz Əzizli - Mahmud Məhəmmədov 0:10

61 kq
FİNAL - Ruhlan Məmmədov - Cəlal Süleymanov 2:5
Bürünc medal görüşü - Kamran Fəttayev - Əhmədnəbi Qvarzatilov 0:6
Bürünc medal görüşü - Elçin Vəliyev - Qalib Əliyev 2:12

65 kq
FİNAL - Məhəmməd Müslümov - Ağahüseyn Mustafayev 6:2
Bürünc medal görüşü - Coşqun Əzimov - Teymur Məmmədov 6:2
Bürünc medal görüşü - Hüseyn Şahbanov - Gitinomaqomed Hacıyev -:+ (zədə)

70 kq
FİNAL - Murad Süleymanov - Ruslan Dibirhacıyev 4:4*
Bürünc medal görüşü - Emin Əzizov - Hacımurad Ömərov 2:4
Bürünc medal görüşü - Asif Əliyev - Kamran Yunusov 0:10

74 kq
FİNAL - Əşrəf Əliyev - Cəbrayıl Həsənov 4:6
Bürünc medal görüşü - Zaur Ələkbərov - Mircəfər Murtuzlu 0:4
Bürünc medal görüşü - Fərman Həsənov - Kənan Əliyev 1:7 

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunublar.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.