10 dekabr 2014 17:00

Xəzri və Cəngi ən güclü oldu

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2001-2003-cü il təvəllüdlü) arasında 1 saylı nümayəndəliyin komanda yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Komandalar iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıb.

Yarışdan əvvəl isə, hakimlər üçün seminar keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası tərəfindən hakimliyə yeni cəlb edilmiş şəxslərə güləş qaydalarındakı son yeniliklər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Sərbəst güləş yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda Aran İK və X.Cəfərov GK, finalda isə Azəri GK və Xəzri GK qarşılaşıb. Yekunda sərbəst güləş üzrə komanda yarışlarının qalibi Xəzri Güləş Klubu olub. Azəri GK ikinci, Xosrov Cəfərov GK isə üçüncü yeri tutub.

Yunan-Roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda Hövsan GK və Həyat GK, finalda isə Bakı GK və Cəngi GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə komanda yarışlarının qalibi Cəngi Güləş Klubu olub. Bakı GK ikinci, Hövsan GK isə üçüncü yeri tutub.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.