3 dekabr 2014 20:45

Güləşçilərimiz dostluq görüşü öncəsi Parisdə məşq etdilər

4 dekabr 2014-cü il tarixdə Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki dostluq görüşü cari ilin may ayında Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının Prezidenti Alain Bertolomla Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb.

Dostluq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi Dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq. Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı Dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Artıq Parisdə olan yığma komandamız Fransa güləş komandalarının təlim-məşq bazasında hazırlıqlarını davam etdiriblər. Yığma komandalarımızın üzvləri əvvəlcə yüngül isinmə hərəkətləri edib, daha sonra məşqçilərin tapşırığı ilə taktiki hazırlıqla məşqi davam etdiriblər. Qonaq qismində Dostluq görüşünə qatılacaq Olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, Şərif Şərifov və Toğrul Əsgərov da komanda ilə birgə məşqdə iştirak edib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.