22 noyabr 2014 00:05

Bakı-2015-də güləş yarışlarına hazırlıq işləri müzakirə edildi

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak etmək üçün Bakıda səfərdədir. Azerisport.az xəbər verir ki, ötən gün DGB prezidentinin iştirakı ilə Azərbaycan Güləş Federasiyası, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Avropa Olimpiya Komitəsinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə I Avropa Oyunlarının güləş yarışlarına hazırlıq məsələləri müzakirə olunub. Tədbirdə iştirak edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, baş katib Əjdər Cəfərov, Yunanıstan Milli Olimpiya Komitəsinin rəhbəri, Avropa Olimpiya Komitəsinin İdman baş məsləhətçisi Makis Asimakopoulos, I Avropa Oyunlarının koordinasiya komissiyasının sədri Spiros Kapralos və Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs Okallahan güləş yarışlarına hazırlıq işləri barədə məlumatlandırılıb. Avropa Oyunları Əməliyyat Komitəsinin güləş yarışları üzrə meneceri Ramil Əhmədov Heydər Əliyev adına İdman və Konsert kompleksinin təmirdən sonrakı vəziyyəti, tribunaları, məşq zalları, güləşçilər üçün yaradılacaq şərait, yerləşdirmə, nəqliyyat, qidalanma və digər məsələlər barədə təqdimat edib. Görüş iştirakçıları hazırlıq işlərini yüksək qiymətləndirib, Avropa Oyunlarında güləş yarışlarının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə ediblər.

Eyni zamanda qeyd olunub ki, 2015-ci il aprelin 16-dan 19-a kimi Bakıda Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda növbəti beynəlxalq turniri keçiriləcək. Bu turnir Bakı-2015 I Avropa Oyunlarına hazırlıq çərçivəsində test xarakteri daşıyacaq.

Görüşdən sonra Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç fikirlərini jurnalistlərlə bölüşüb:

“Görülən işlərdən razı qaldım. Bakının Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhəmiz yoxdur. Gələn il Avropa çempionatını keçirməmək qərarına gəlmişik. Həmin yarışları məhz Avropa Oyunları əvəz edəcək. Biz də öz növbəmizdə Avropa Oyunlarının keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq”.

Daha sonra Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb:

“Biz I Avropa Oyunlarına hazırlıqları müzakirə etdik. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç güləş yarışlarının keçiriləcəyi arena ilə tanış oldu. Avropa Oyunları ərəfəsində Bakıda Federasiya Kuboku turniri keçirəcəyik. Bu yarışlar test xarakteri daşıyacaq. Ümumiyyətlə, “Bakı-2015” I Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə davam etdirilir. Əminəm ki, Azərbaycan güləşçiləri paytaxtımızda keçiriləcək yarışlarda yüksək nəticələr qazanacaqlar”.

Qeyd edək ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev adına arenada olacaq və 6 gün davam edəcək. Burada 480 güləşçi 24 dəst medal uğrunda mübarizə aparacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.