Sərbəst güləşçilər finalda, yunan-Roma güləşçiləri 3-cü yer uğrunda güləşəcək
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri davam edir. Azerisport.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edir.
Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, sərbəst güləş üzrə yığmamız Türkiyə ilə eyni yarımqrupda mübarizə aparıb. Güləşçilərimiz 6:2 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımqrupda Rusiya, Belarus və Ukrayna güləşçiləri yarışıb. Komandamız finalda Rusiya güləşçiləri ilə qarşılaşacaq. Final görüşü 9 noyabr saat 17:00-da başlayacaq.
Yunan-Roma güləçilərimiz isə, Rusiya və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıb. Bolqarıstanla gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb. Daha keyfiyyətli fəndlərə və xal hesabına görə, qələbə yığmamıza verilib. Komandamız qrupda növbəti görüşünü Rusiya yığmasına qarşı keçirib. Türkiyə, Ukrayna və Macarıstan güləşçiləri isə digər yarımqrupda mübarizə aparıb. Yunan-Roma güləşçilərimiz öz yarımqrupunu ikinci sırada tamamlayıb. Bu nəticə ilə, yunan-Roma yığmamız 9 noyabr saat 15:00-da güləşçilərimiz üçüncü yer uğrunda həlledici görüşə çıxacaq.
Yunan-Roma güləşi
Bolqarıstan - AZƏRBAYCAN 4:4 (17:19)
59 kq İvo Angelov - Rövşən Bayramov 9:1
66 kq Konstantin Stas - Kamran Məmmədov 3*:3
71 kq Svilin Kostadinov - Azad Əliyev 1:2
75 kq Yava Yanakiyev - Rüstəm Əliyev 6:1
80 kq Daniel Aleksandrov - Elvin Mürsəliyev 2:6
85 kq Nikolay Bayrikov - Şəhriyar Məmmədov 2*:7
98 kq Yevgeni Gençev - Araz Həsənov 0:2
130 kq Lyubamir Dimitrov - Sabah Şəriəti 4:9
Rusiya - AZƏRBAYCAN 6:2
59 kq Minqiyan Semyonov - Rövşən Bayramov 9:0
66 kq Aleksey Kiyankin - Elman Muxtarov 12:4
71 kq Yuriy Denisov - Azad Əliyev 6:0
75 kq Bilan Nalqiyev - Rüstəm Əliyev 4:2
80 kq Yevgeniy Saleyev - Rafiq Hüseynov 1:0
85 kq Alan Xuqayev - Şəhriyar Məmmədov 1:1*
98 kq Musa Yevloyev - Araz Həsənov 7:0
130 kq Vasiliy Parşin - Sabah Şəriəti 4:7
Sərbəst güləş
Türkiyə - AZƏRBAYCAN 2:6
57 kq Kaya - Mahmud Məhəmmədov 0:9 (tuşe)
61 kq Recep Topaç - Əhmədnəbi Qvarzatilov 14:4
65 kq Kılıçsallayan - Məhəmməd Müslümov 0:10
70 kq Servet Coşkun - Ruslan Dibirhacıyev 0:6
74 kq Batuhan Demirçin - Cəbrayıl Həsənov 0:13
86 kq Fatih Erdin - Aleksandr Qostiyev 0:10
97 kq Fatih Yasarlı - Aslanbek Alborov 1:6
125 kq Yunus Emre Dede - Aslan Dzebişov 5:1
Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edir. Yığmanın heyətində Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətinə 10 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
