Nadir Ağayevin xatirəsinə Respublika turniri keçiriləcək
7-8 noyabr 2014-cü il tarixdə Masallı rayon Olimpiya İdman Kompleksində əməkdar məşqçi, idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq ənənəvi hal almış və XX dəfə keçiriləcək turnirdə 1998-1999-cu il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində mübarizə aparacaq. 2000-ci il təvəllüdlü idmançılar həkim arayışı ilə yarışlarda iştirak edə biləcək.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş şəxsiyyətlərin xatirələrini yad etmək, yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyinə nail olmaq, yarışın nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.
Turnir DGB-nin mövcud qaydalarına əsasən keçiriləcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutan güləşçilər təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.
