5 noyabr 2014 13:25
Yaponiyalı güləşçilər Bakıda təlim-məşq toplanışında
Güləş üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız təqvim planına uyğun olaraq təlim-məşq toplanışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, noyabrın 1-dən etibarən isə, yığma komandalarımızla birgə təlim-məşq toplanışında Yaponiya güləşçiləri də iştirak edir.
Yaponiyanın bir qrup yeniyetmə yunan-Roma, həmçinin yeniyetmə və gənclərdən ibarət qadın güləşçiləri ölkəmizdə səfərdədi.
Ümumilikdə 11 yapon güləşçisinin iştirak etdiyi təlim-məşq toplanışı noyabrın 7-dək davam edəcək. (AGF)
