31 oktyabr 2014 16:55

Güləş yığmalarının məşqçilər korpusunda dəyişiklik edildi

Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusu ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin iştirak etdiyi görüşdə yığma komandalarının məşqçilər korpusunda edilən dəyişikliklər də açıqlanıb.

Edilmiş dəyişikliklərdən sonra məşqçilər korpusunun yeni heyəti aşağıdakı kimidir:

Yunan-Roma güləşi
Böyüklər
Baş məşqçi - Cəmşid Xeyrabadi
Böyük məşqçi - Nurəddin Rəcəbov
Məşqçi - Akif Əliyev
Məşqçi - Eyub Azmudeh

Gənclər
Böyük məşqçi - Şaban Donat
Məşqçi - Zöhrab Abbasov
Məşqçi - Turac Hüseynov

Yeniyetmələr
Böyük məşqçi - Bəhram Mürvətov
Məşqçi - İslam Cəfərov
Məşqçi - Fuad Alıyev

Kiçik yaşlı yeniyetmələr
İlqar Abdulov
Vüqar Aslanov
Rasim Ağayev
 
Sərbəst güləş

Böyüklər
Baş məşqçi - Saypulla Absaidov
Böyük məşqçi - Firdovsi Umudov
Məşqçi - David Kurtsiya

Gənclər
Böyük məşqçi - Əsgərxan Novruzov
Məşqçi - Rövşən Hacıyev
Məşqçi - Sadruddin Ayqubov

Yeniyetmələr
Böyük məşqçi - Nazim Əlicanov
Məşqçi - Vahid Məmmədov
Məşqçi - Rövşən Umudov

Kiçik yaşlı yeniyetmələr
Mehman Nəcəfov
Elşad Allahverdiyev

Qadınlar

Böyüklər
Baş məşqçi - Semyon Çterev
Böyük məşqçi - Konstantin Konorev
Məşqçi - Arif Fərmanov

Gənclər
Böyük məşqçi - Yaqub Məmmədov
Məşqçi - Aslan Ağayev

Yeniyetmələr
Böyük məşqçi - Həsrət Məmmədyarov
Məşqçi - İsaməddin Hüseynov

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov məşqçilər korpusunda edilən dəyişikliklərin yığma komandaların daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

"Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əmrinə əsasən, yığma komandaların məşqçilər korpusunda dəyişikliklər edildi. İnanırıq ki, dəyişiklik yığma komandaların daha da gücləndirilməsi və güləşçilərin qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşmalarına xidmət edəcək. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Çalışacağıq ki, 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları, ardınca Las Veqasda Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya çempionatı və nəhayət, 2016-cı il Braziliyada Yay Olimpiya Oyunları kimi mötəbər yarışlarda güləşçilərimiz maksimum sayda yüksək əyarlı medallar qazanmaqla yeni tarix yazsın və xalqımızı sevindirsinlər. Bilirik ki, ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin güləşə və güləşçilərə xüsusi diqqət və qayğısı var. Federasiya tərəfindən də hər bir şərait yaradılıb. Etimadı doğrultmaq üçün var-gücümüzlə çalışacağıq".

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.