Rəşid Məmmədbəyovun xatirə turnirində ikinci gün nəticələri
Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, proqrama əsasən, yarışların ikinci günündə sərbəst güləş üzrə 76, 85 və 100 kq, yunan-Roma güləşi üzrə 42, 46, 50 və 54 kq çəki dərəcələrində 100 nəfər yeniyetmə güləşçi mübarizə aparıb.
Sərbəst güləş
76 kq
1. Ravil Babazadə - Lənkəran
2. David Betanov - Rusiya
3. Sədman Əmirov - Azəri GK
3. İsmayıl Abdullayev - Rusiya
85 kq
1. Orxan Həsənov - ROİL
2. Afiq Əliyev - Neftçi İSM
3. Nəvai Bəkirov - Azəri GK
3. Xetaq Naniyev - Rusiya
100 kq
1. Timur Bazayev - Rusiya
2. Fərid Musayev - Qazax
3. Fuad Şahverənov - Sumqayıt, İOEUGİM
3. Əli Əminov - Gömrükçü İSM
Yunan-Roma güləşi
42 kq
1. Elşad Məmmədov - Neftçi İSM
2. Kamran Pənahov - Beyləqan
3. Əli Kərimov - ROİL
3. Mirsirac Həsənli - Şirvan, Təhsil İC
46 kq
1. Zaur Nuriyev - Məhsul İC
2. Ədil Sadıqzadə - Neftçi İSM
3. Səid Cahangirzadə - Lənkəran
3. Elnur Musayev - Naxçıvan
50 kq
1. Pərvin Abdullayev - Cəngi GK
2. Rəşad Abdulov - Sumqayıt, Zenit İC
3. Toğrul Quluzadə - ROİL
3. Heybət Həsənov - Kürdəmir
54 kq
1. Elvin Mustafayev - Neftçi İSM
2. Murad Abbasov - Həyat GK
3. Nurlan Məmmədli - MOİK
3. Zamir Əliyev - Goranboy
İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunur. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanır.
